Sizin Reklam Burada
Xəbər lenti
10-10-2025
09-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda dövlət su kadastrı və elektron su xəritəsi təqdim edildi

Tarix: 10-10-2025 18:17     Baxış: 321 A- / A+
Azərbaycanda dövlət su kadastrı və elektron su xəritəsi təqdim edildi

Azərbaycanda dövlət su kadastrı və elektron su xəritəsinin təqdimatı keçirilib.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən (SİMDNX) məlumat verilib.
Bildirilib ki, təqdimat bu gün Dövlət Xidmətində bu ilin doqquz ayı ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş keçirilən iclasda baş tutub.
İclasda ADSEA-nın sədri Zaur Mikayılov, Agentliyin və Xidmətin struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Z. Mikayılov ölkə rəhbərliyinin su ehtiyatlarının idarə olunması, suların səmərəli istifadəsi və mühafizəsi sahəsinə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. O qeyd edib ki, su ehtiyatlarının dayanıqlı idarə olunması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində mühüm irəliləyişlər əldə olunub.

Z. Mikayılov bildirib ki, qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətlə icrası üçün sistemli və ardıcıl fəaliyyət davam etdiriləcək. Agentlik sədri su ehtiyatlarının idarə olunması prosesində müasir idarəetmə yanaşmalarının tətbiqinin önəmini qeyd edərək, bu istiqamətdə SİMDNX-nin kollektivinin səmərəli fəaliyyətini yüksək qiymətləndirib və onlara təşəkkürünü ifadə edib.
Daha sonra SİMDNX-nın rəisi Rafiq Aslanov qeyd edib ki, qısa müddət ərzində xidmət tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər üzrə mühüm nəticələr əldə olunub, ölkə ərazisində su ehtiyatlarının qanunsuz istifadəsinin qarşısının alınması, su obyektlərinin mühafizəsi və monitorinq sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Xidmət rəisi əlavə edib ki, yeraltı və yerüstü su kadastrının formalaşdırılması üzrə işlər intensiv şəkildə davam etdirilir və xidmətin maddi-texniki bazasının gücləndirilməsi bu tədbirlərin effektivliyini daha da artırır.
Tədbir çərçivəsində xidmətin şöbə müdirləri tərəfindən təqdimatlar nümayiş olunub, görülmüş işlər, əldə olunmuş nəticələr və qarşıda duran hədəflər barədə ətraflı məlumat verilib.
İclasın sonunda iştirakçılar tərəfindən bir sıra təkliflər səsləndirilib, müzakirələr aparılıb, növbəti dövr üçün prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar