Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı təqsirləndirilən həkim Sənan Mehdiyevə hökm oxunub.
Manevr.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.S.Mehdiyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mənsurlunun müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı N.Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunub.
Xəbər lenti
Burun əməliyyatından sonra xəstənin ölümündə təqsirləndirilən həkimə hökm oxundu

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar