İtkin düşmüş şəxslərlə bağlı rəsmi məlumat ala bilmirik.
Manevr.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
“Qeyri-rəsmi məlumata görə, Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində 200 min şəxs itkin düşüb",- o qeyd edib.
Ombudsman qeyd edib ki, 6 235 ukraynalı geri qaytarılıb: “Geri qaytarılanlar arasında 372 mülki şəxs var, onlar itkin düşmüş hesab olunurdu”.
Bundan əlavə, Dmitro Lubinets vurğulayıb ki, itkin düşmüş şəxslərin ailə üzvlərindən 2024-cü ildə Ukrayna Ombudsmanının Ofisinə 18 mindən çox, 2025-ci ildə isə 15 min müraciət daxil olub.
Ombudsman itkin düşmüş şəxslərlə bağlı problemin həlli istiqamətində Ukrayna və Azərbaycanın məhkəmə-ekspertiza əməkdaşlarının iştirakı ilə İşçi qrupunun yaradılmasına dair təkliflə çıxış edib.
Xəbər lenti
Ombudsman: Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində 200 min şəxs itkin düşüb

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar