Xəbər lenti
Metroda qatarların hərəkəti niyə ləngiyib? – Rəsmi
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkəti ləngiyib.
Manevr.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.Bildirilib ki, metronun "Elmlər Akademiyası" stansiyasında vaqonlardan birinin qapısına kənar müdaxilə olub. Buna görə də maşinist qatara baxış keçirib. Qapılarda heç bir problem aşkarlanmasa da, təkrar yoxlamadan sonra, təlimat tələblərinə uyğun olaraq, maşinist qapıların sərnişinsiz hərəkət zamanı yoxlanması barədə qərar verib.
Mənzil boyunca qatarın qapıları normal vəziyyətdə çalışdığından, o, "Nizami" stansiyasından sərnişinlə yoluna davam edib. Hazırda qatar xətdə çalışır.
Bunun nəticəsində xətdə cüzi yubanmalar yaranıb. Metropolitenin Yaşıl və Qırmızı xətləri kəsişərək birləşdiyindən bu, təsirlər hər iki xətt üzrə qatarların hərəkət nizamına təsir edib. Lakin qısa müddət ərzində aradan qaldırılıb.
Sentyabrın 15-dən intervalların azaldılması ilə bağlı tətbiq edilmiş yeniliklə əlaqədar pik saatlarda xətlərdə daha çox qatarın hərəkətdə olması yaranan nasazlıqlar zamanı təhlükəsizlik baxımından xüsusi tənzimləmələrin tətbiq olunmasını tələb edir. Bu da bəzi hallarda qatarların stansiya, tunel və platformalarda gözlədilməsi zərurətini yaradır.
"Sərnişinlərdən bir daha xahiş edirik ki, qatarların hərəkətini yubadacaq hallara yol verilməsin", - məlumatda qeyd olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar