Sizin Reklam Burada
Xəbər lenti
06-10-2025
05-10-2025
BÜTÜN XƏBƏRLƏR

9 il əvvəlki hadisələr yaşana bilər - Elşad Miridən şok

Tarix: 07-10-2025 12:16     Baxış: 329 A- / A+
9 il əvvəlki hadisələr yaşana bilər - Elşad Miridən şokƏməkdar artist Cabir İmanovun və ya Tahir İmanovun hansı məzhəb və ya dini hərəkatın üzvü olduğunu bilmirəm. Amma Türkiyədə olduğu kimi, Azərbaycanda da FETÖ təhlükəsi (9 il əvvəl hərbi çevrilişə cəhd etmiş təşkilat – red.) ilə yanaşı, sələfilik təhlükəsi də mövcuddur.
Manevr.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a ilahiyyatçı Elşad Miri deyib.
Onun sözlərinə görə, insanlar arasında belə fikir formalaşıb ki, saqqallı, balaqdan yuxarı geyinən şəxslər sələfi və ya vəhhabi ola bilər:
“Lakin bu, həqiqəti əks etdirmir. Çünki bu gün həmin əqidənin üzvləri saqqalsız və müasir formada geyinərək də tanınır və yaxın çevrələri tərəfindən bilinir. Onlar müəyyən qurumlarda çalışır, söz sahibidirlər. Məclisdə fəaliyyətlərini müşahidə etmək mümkündür. Başqa qurumlarda da onların fəaliyyəti barədə məlumat əldə etmək olur. Mən şəxsən mövzu ilə bağlı çıxışımdan sonra üzləşdiyim reaksiyalardan bunun şahidi oldum”.
E.Miri qeyd edib ki, məzhəbçilik dövlət qurumlarında da müşahidə olunur:
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində belə hallara rast gəlmək mümkündür. Orada çalışan şəxslərdən soruşsanız ki, namaz qılmayan, baş örtməyən, oruc tutmayan və ya zina edən şəxslərin hökmü nədir, verdikləri cavablar məzhəblərin təlimindən kənara çıxmır. Buna görə də ciddi təhlükədir. Bu məsələni düzgün analiz, təhlil etmək və üzərində işləmək lazımdır. Dediyim kimi, sələfilik məsələsi artıq saqqal və bığla, balaqdan yuxarı geyimlə bağlı deyil, tamamilə fərqli bir təkamülə malikdir. Allah Quranda buyurur ki, “Allahın ipindən möhkəm yapışın və firqələrə bölünməyin”. Məzhəbçilik və təriqətlərə bölünmək böyük günahdır. Təəssüf ki, Azərbaycanda bu sahə ilə məşğul olanların çoxu müəyyən məzhəbin üzvüdür və bu vəziyyət geniş yayılıb”.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar