Sizin Reklam Burada
Xəbər lenti
05-10-2025
04-10-2025
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul edib

Tarix: 06-10-2025 12:27     Baxış: 318 A- / A+

İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.
Manevr.az xəbər verir ki, söhbət zamanı dövlət başçısının Binəli Yıldırımla görüşləri, həmçinin onun ölkəyə səfərləri məmnunluqla xatırlanıb.
Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğulayıb ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da türk dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini verməyə davam edəcək.
Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunulub, ölkədə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə daha da genişlənməsi qeyd edilib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar