Xəbər lenti
işbirliyində olan Avakyan özünü konsulluğun tualetində asıb - DETALLAR

Bu barədə Sputnik Ermənistan-a Ermənistan İstintaq Komitəsi məlumat verib.
Xatırladaq ki, sentyabrın 24-də səhər saatlarında Sankt-Peterburqdakı Ermənistan konsulluğunun tualetində 43 yaşlı Ermənistan vətəndaşı Boris Avakyan ölü tapılıb. Faktla bağlı cinayət işi açılıb, ilkin ehtimal intihardır.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 162-ci maddəsinin 3-cü hissəsi, “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb.
Hazırda Ermənistan hüquq-mühafizə orqanları rusiyalı həmkarları ilə əlaqə saxlayır.
Sentyabrın 23-də Sankt-Peterburqun Kronştadt Məhkəməsindən qaçan Boris Avakyanın Ermənistan konsulluğunun binasında intihar etdiyi ehtimal edilir. Prokurorluq Avakyanın həbsi barədə vəsatət verdiyi üçün o, əvvəllər həbs-qətimkan tədbiri üçün məhkəməyə gətirilibmiş.
Avakyan gömrük rüsumlarından yayınmaqda (4,2 milyard rubldan çox məbləğdə) ittiham edilib. Daha sonra Əlahiddə Hərbi Əməliyyatlarda iştirakla bağlı Müdafiə Nazirliyi ilə müqavilə bağlandığı üçün iş dayandırılıb.
Lakin keçmiş məmur heç vaxt xüsusi əməliyyat zonasına getmədiyinə görə məhkəmə bu müqaviləyə xitam verb və işin yenidən başlanması barədə vəsatət qaldırıb.
O da bildirilir ki, Boris Avakyan Rusiyada, Ermənistanda, hətta işğal illərində Qarabağdakı keçmiş qondarma qurumda müxtəlif vəzifələrdə çalışıb. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar