Xəbər lenti
Azərbaycanda Süni İntellekt Nazirliyi yaradılacaq? - AÇIQLAMA

Albaniyada süni intellektə cavabdeh nazirliyin təsis edilməsindən sonra oxşar addımı Qazaxıstan da ataraq Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyini formalaşdırıb.
Bu proses göstərir ki, region dövlətləri qlobal rəqəmsal yarışı diqqətlə izləyir və süni intellektin gələcək iqtisadi, sosial və təhlükəsizlik təsirlərinə hazırlaşmağa çalışırlar.
Belə bir şəraitdə maraqlı sual ortaya çıxır: Azərbaycanda da ayrıca Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılmasına ehtiyac varmı?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, belə bir dəyişikliyin baş verməsi gözlənilmir.
Onun sözlərinə görə, Azərbaycandakı Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi Qazaxıstan və Albaniyada yaradılan bu nazirliklərin funksiyasını yerinə yetirir:
“Azərbaycandakı Nəqliyyat Rabitə və Yüksək Tenxologiyalar Nazirliyinin adı məhz bu məqsədlə dəyişdirilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə çevrilib. RİNN həmçinin, Azərbaycanın regionda rəqəmsal qovşağa çevrilməsi üçün lazım olan bütün məsələlərin həlli ilə məşğuldur. Bundan başqa, nazirlik Xəzərin altından keçməklə Qazaxıstana da fiberoptik kabellərin çəkilməsini təmin edir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar