Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda 46 yaşlı kişi boşanmış arvadına təcavüz etdi: “Pozğunluq elədiyi üçün...”

Tarix: 03-10-2025 14:51     Baxış: 322 A- / A+


Bakının Xəzər rayonunda 1979-cu il təvəllüdlü Elxan yetkinlik yaşına çatmayan oğlu Sərxana işgəncə verib, keçmiş həyat yoldaşı Səmayəyə (adlar şərti verilib - red.) işgəncə verməklə həm də ona qarşı seksual hərəkətlər edib.
Manevr.az teleqraf-a istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
Elxan 2023-cü il sentyabrın 15-də təxminən saat 13 radələrində yaşadığı evdə 2013-cü il təvəllüdlü oğlu Sərxanı vurub, ona xəsarətlər yetirib. Daha sonra həmin ilin sentyabr, oktyabr və noyabr aylarında müxtəlif vaxtlarda boşandığı arvadı, 1991-ci il təvəllüdlü Səmayəni mütəmadi olaraq döyüb, ona zorakı hərəkətlər edib.
Noyabrın 21-də təxminən saat 9 radələrində yaşadığı evdə Səmayənin ayaqlarından və bədənindən tutub, onun müqavimətini zəiflədib. Sonra zor tətbiq etməklə onunla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Elxanın barəsində Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa zərər vurma), 133.1 (bu məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadəsində Elxan ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Səmayə ilə 2010-cu ildə ailə qurub:
“Səmayənin anası bizə ev hədiyyə etdi. Mən 3 ay ərzində həmin mənzilə 25.000 dollar məbləğində pul xərclədim. 2011-ci ildə orqandan xaric olundum. Buna səbəb biznes fəaliyyəti ilə məşğul olmağım idi. Pulum olmadığı üçün Səmayəyə dedim ki, anasından bizə 100 manat kömək etməsini xahiş eləsin. Bundan sonra anası gələrək qızını apardı. 8 ay bir-birimizdən ayrı yaşadıq. Həmin müddətdə uşaqlarımı görmədim”.
“Dəfələrlə arvadımın xəyanətini görmüşəm”
Elxanın sözlərinə görə, həmin il dekabr ayında dostları ilə şəhərdə olan zaman oğlu ona zəng edib və qapıda qaldıqlarını, nənələrinin onları evdən qovduğunu deyib:
“Anası Səmayənin pozğunluq etdiyini görüb və onu evdən qovub. Mən gəlib qapını açdım, uşaqlarımın xatiri üçün çox şeyi unutdum. Dəfələrlə arvadımın xəyanətini görmüşəm. Dəfələrlə gecə saat 4-5 radələrində evə gəlib.
Biz 5 il ailə kimi yaşamışıq. Mən taksi fəaliyyəti ilə məşğul olmuşam. Lakin sonradan nəqliyyat vasitəsini idarə etmək hüququm məhdudlaşdırılıb. Səmayə 14 günün içində aliment ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırıb.
Evdə kamera olduğunu bilməmişəm. Çəkiliş zamanı Səmayə özü məni çağırıb. Həmin vaxt ac-susuz olduğum üçün onunla cinsi əlaqədə ola bilməmişəm. Daha sonra uzanmışam. Səmayə isə yenə məni yanına çağırıb və məni təhqir edib.
Yenidən əlaqədə olan zaman axırda “sən bilmirsən ki, bu cinayətdir? Niyə belə edirsən?” deyib. Mən də cavabda məni özünün dəvət etdiyini bildirmişəm.
Sonradan evdə kamera quraşdırıldığını görmüşəm. Kameranı sındırmaq istəmişəm. Səmayə məndən kameranı sındırmamağımı xahiş edib”.
Təqsirləndirilən şəxs bildirib ki, övladını bir ata kimi vurub: “Səmayə isə öz istəyi ilə mənimlə cinsi əlaqədə olub. İstintaq zamanı videogörüntüləri izləmişəm. Görüntülərdə zorlamaya aid heç bir şey yoxdu. Biz videodan əvvəl cinsi əlaqədə olmuşuq.
Uşaqlarımız saat 07:10-da taksi ilə məktəbə gedib. Uşaqlar gedəndən 5 dəqiqə sonra Səmayə məni yanına çağırıb. Zərərçəkmişi heç bir halda zorlamamışam”.
“Mənə və uşaqlarıma işgəncə verib”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səmayənin sözlərinə görə, Elxan onun keçmiş əridir: "2010-cu ildə ailə qurmuşuq, 2019-cu ildə rəsmi olaraq boşanmışıq. İki övladımız var. Keçmiş ərim mənə və uşaqlarıma işgəncə verib. Dəfələrlə uşaqlarım məni qorumaq məqsədilə yaxınlaşanda onlara təzyiq göstərib, təhqir edib.
Boşandıqdan sonra 1 il valideynlərimlə birgə yaşamışam. Sonra keçmiş ərimlə birlikdə inşa etdirdiyimiz mənzildə məhkəmə qətnaməsi ilə yaşamaq hüququ verildiyi üçün həmin evə köçdüm. Elxan bir müddət bizə dəyməsə də, sonra problemlər yaratmağa başladı”.
Zərərçəkmiş bildirib ki, yaşadıqları mənzili birlikdə tikiblər: “Ailə qurduqdan sonra mənim valideynlərim bizə ev hədiyyə etdi. O evdə birlikdə yaşadıq. Boşanmağımızın səbəbi təqsirləndirilən şəxsin mənimlə pis rəftar etməsi, səbəbsiz yerə dəfələrlə döyməsi olub.
Birgə yaşadığımız dövrdə Elxan heç yerdə işləməyib. Mən isə işləmişəm. Həmin ərəfədə evin qida təminatı mənim üzərimdə olub.
Özümü qorumaq məqsədi ilə təqsirləndirilən şəxsin qolunu və digər yerlərini dişləmişəm. Ona başqa heç bir zərərim dəyməyib”.
“Qardaşımı da döyüb və təhqir edib”
İş üzrə zərərçəkmiş Sərxanın sözlərinə görə, atası bəzən anasını otağa salıb, anası da qışqırıb: “Atam otağın qapısını açmayıb, söyüş söyüb.
Bir dəfə qapını açdı. Anamı qorumaq istəyəndə atam qulağımdan 3 dəfə vurdu. Bundan sonra zəif eşitməyə başladım. Atam mənimlə yanaşı, qardaşımı da döyüb və təhqir edib”.
Ailənin digər övladı isə şahid qismində dindirilib. Onun ifadəsinə görə, atası dəfələrlə anasını otağa aparıb, qapını arxadan bağlayıb: “Atamla anamın münasibətləri pis olub. Atam anama pis hərəkətlər edib. Bir dəfə mən qardaşımla birlikdə hovuzda çimən zaman evə girdim. Bu zaman anamın qışqırığını eşitdim. Otağa girəndə atamın anama pis hərəkətlər etdiyini gördüm”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Elxan 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğvini və bəraətverici əsaslarla işə xitam verilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi müdafiəçinin şikayətini rədd edib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar