Sizin Reklam Burada
Xəbər lenti
02-10-2025
01-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bu universitetlərin diplomları Azərbaycanda tanınmır

Tarix: 03-10-2025 10:55     Baxış: 320 A- / A+
Bu universitetlərin diplomları Azərbaycanda tanınmırSon illər xaricdə ali təhsil almış şəxslərin diplomlarının tanınması ilə bağlı müraciətlərin sayı artmaqda davam edir. Son 3 ildə ali təhsil sənədlərinə ən çox imtina verilmiş universitetlər hansılardır?
Manevr.az AzEdu-ya istinadla kvalifikasiyaların tanınması ilə bağlı ən çox imtina alan ölkələr və müvafiq olaraq ən çox imtina alan universitetlərin siyahısını təqdim edir:
TKTA-nın təqdim etdiyi rəsmi məlumata əsasən, tanınma üzrə ən çox imtina alan ali təhsil sənədləri aşağıdakı ölkələrə aiddir:
1. Rusiya Federasiyası
2. Ukrayna
3. Gürcüstan.
Ekspertiza nəticəsində aşağıdakı ali təhsil müəssisələri üzrə verilən sənədlərin böyük əksəriyyətinə tanınma imtinası verilib. Siyahıda universitetin yerləşdiyi ölkə və imtina faizləri göstərilib:
Gürcüstan Avropa Tədris Universiteti – 100%
Ukrayna Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti – 99%
Gürcüstan Yeni Universiteti – 98%
Ukrayna Avqustin Voloşin adına Karpat Universiteti – 93%
Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu – 92%
Cənubi Rusiya Humanitar İnstitutu – 86%
Dərbənd Humanitar İnstitutu – 85%
Müasir Humanitar Akademiya (Rusiya Federasiyası) – 83%
Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti – 81%
Dünya İqtisadiyyatı İnstitutu (Rusiya Federasiyası) – 79%
Dağıstan Təhsil və Mədəniyyət Akademiyası – 78%
İvanovo Dövlət Universiteti – 76%
Gürcüstan Millenium Tədris Universiteti – 73%
Gürcüstan Beynəlxalq Tədris Universiteti – 72%
Ukrayna Avropa Universiteti – 71%
Tiflis Açıq Tədris Universiteti – 66%
Moskva Sahibkarlıq və Hüquq İnstitutu – 66%
Dövlət Turizm və Xidmət Universiteti (Rusiya Federasiyası) – 60%
Cənub Federal Universiteti (Rusiya Federasiyası) – 60%
T.Şevçenko adına Luqansk Milli Universiteti – 58%
Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti – 58%
Rusiya Federasiyası Maliyyə və Hüquq İnstitutu – 55%
Milli Aerokosmik Universiteti "Xarkov Aviasiya İnstitutu" – 55%
Dərbənd İncəsənət və Mədəniyyət İnstitutu – 55%
Poltava İqtisadiyyat və Ticarət Universiteti – 53%
Gürcüstan Kənd Təsərrüfatı Universiteti – 52%
"Sinergiya" Moskva Maliyyə-Sənaye Universiteti – 52%
Tiflis Humanitar Tədris Universiteti – 51%
Moskva Politexnik Universiteti – 51%
Ukrayna Regionlararası Heyətin İdarəolunması Akademiyası – 50%
Xarkov Dövlət Qida Texnologiyası və Ticarət Universiteti – 50%
Suxişvili Tədris Universiteti – 50%.
TKTA-nın nümayəndələri bildirir ki, bu nəticələr ali təhsil almaq üçün xaricə üz tutmaq istəyən vətəndaşlar üçün önəmli siqnaldır. Namizədlərə tövsiyə olunur ki, xarici universitet seçərkən həmin ali məktəbin akkreditasiyası, tədris forması və tanınma meyarlarına uyğunluğu ilə bağlı əvvəlcədən məlumat əldə etsinlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar