Sizin Reklam Burada
Xəbər lenti
06-10-2025
05-10-2025
BÜTÜN XƏBƏRLƏR

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxsə hökm oxundu

Tarix: 06-10-2025 20:30     Baxış: 418 A- / A+
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Mehman Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının başa çatdığı elan edilib.

Dövlət ittihamçısı çıxışında Mehman Məmmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Müşavirədən sonra elan olunan hökmə əsasən, o, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttihama görə, Mehman Məmmədov İsveçrədə mühacirətdə yaşayan bloqerlər Manaf Cəlilzadə və Süleyman Süleymanlı ilə birlikdə qruplaşma yaradaraq, zorla hakimiyyəti ələ keçirməyə yönələn çağırışlar edib.

Qeyd edək ki, Mehman Məmmədov İsveçrə hökuməti tərəfindən ailəsi ilə birlikdə deportasiya olunaraq Azərbaycana ekstradisiya edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə (dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) ittiham irəli sürülüb. oxu.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar