Xəbər lenti
Alimlər insan DNT-sinin təkamülündə gözlənilməz halla üzləşiblər

London Universitet Kollecinin alimləri bu qənaətə gəliblər.
Alimlər 13 əsas mineralın, o cümlədən sink, selen, kalsium və kaliumun mənimsənilməsi və metabolizmi ilə bağlı 276 geni təhlil ediblər. Onlar müəyyən elementlərin çatışmazlığı, yaxud bolluğu şərtlərində yaşayan populyasiyaların genlərində bu elementlərin mənimsənilməsi ilə əlaqədar dəyişikliklər qeydə alıblar.
Həmin maddələrin fəaliyyətinə cavab verən genlər müsbət seçimə məruz qalıb. Bu isə o deməkdir ki, təbii seçim orqanizmə mineral balanssızlığının öhdəsindən daha yaxşı gəlməkdə kömək edən gen versiyasını özündə saxlayıb.
Məsələn, Mərkəzi Afrikanın yod çatışmazlığından əziyyət çəkən bölgələrində yaşayan alçaqboylu mbuti xalqının yoddan asılı reseptorlarında genetik adaptasiyalar aşkar edilib. Mərkəzi Amerikada yaşayan mayalarda da analoji dəyişikliklər aşkar edilib. Вu bölgələrdə, həmçinin qalxanvari vəzinin böyüməsi halları nisbətən az yayılıb.
Alimlərin fikrincə, belə halların azalması yod çatışmazlığına qoruyucu adaptasiya ilə bağlı ola bilər. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.png)


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar