Sizin Reklam Burada
Xəbər lenti
07-10-2025
06-10-2025
BÜTÜN XƏBƏRLƏR

Ağcaqanad fabriki açıldı - Həftəyə 190 milyon havaya buraxacaqlar

Tarix: 07-10-2025 20:50     Baxış: 322 A- / A+
Ağcaqanad fabriki açıldı - Həftəyə 190 milyon havaya buraxacaqlarBraziliyada dünyanın ən böyük "ağcaqanad fabriki" açılıb.

Braziliyanın San-Paulu ştatının Kampinas şəhərində dünyanın ən böyük ağcaqanad yetişdirmə fabriki fəaliyyətə başlayıb.

"Oddity Central"ın məlumatına görə müəssisə həftədə 190 milyon ağcaqanad istehsal edə bilir. Layihə ölkədə sürətlə yayılan denge qızdırması ilə mübarizə məqsədi daşıyır.

1300 kvadratmetr ərazidə yerləşən bu müəssisədə Wolbachia adlı zərərsiz bakteriya ilə yoluxdurulmuş Aedes aegypti növündən olan ağcaqanadlar yetişdirilir. Sözügedən bakteriya ağcaqanadın orqanizmində denge virusunun çoxalmasının qarşısını alır. Beləliklə, bu ağcaqanadlar təbiətə buraxıldıqda insanlara virus ötürə bilmir və onların nəsli də bu xüsusiyyəti miras alır.

Fabrikdə yetişdirmə prosesi tam nəzarət altında olacaq. Belə ki, sürfələr xüsusi temperaturda suda böyüdülür, erkək ağcaqanadlara şəkərli məhlul, dişilərə isə heyvan qanı ilə dolu, insan dərisini təqlid edən paketlər verilir. Ağcaqanadlar təxminən bir ay yaşayır, bu müddətdə çoxalır və yumurta qoyurlar. Növbəti dövr bu yumurtalardan başlayır.

Mütəxəssislər bildirir ki, bu metod artıq bir neçə ölkədə effektivliyini sübut edib, lakin Braziliya ilk dəfə bu texnologiyanı bu qədər geniş miqyasda tətbiq edir. Bunun səbəbi ölkədə denge xəstəliyinin rekord səviyyədə yayılmasıdır. Belə ki, 2024-cü ildə dünyada qeydə alınan bütün halların 80%-i Braziliyanın payına düşüb. milli.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar