Sizin Reklam Burada
Xəbər lenti
07-10-2025
06-10-2025
BÜTÜN XƏBƏRLƏR

TƏBİB-lə Səhiyyə Nazirliyi birləşdirilir?

Tarix: 07-10-2025 22:26     Baxış: 422 A- / A+

TƏBİB-lə Səhiyyə Nazirliyi birləşdirilir? - REAKSİYA

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib ölkəmizdə son illərdə bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində də ciddi islahatlar gedir:

“Təqdirəlayiq haldır ki, qısa müddət ərzində bu islahatlar çərçivəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətində və operativliyində böyük uğurlara imza atılıb. Ümumiyyətlə, belə bir məfhum var: “Ən yaxşı tibbi xidmət”. Səhiyyə Nazirliyi ilə TƏBİB-in vəzifələri və rolları eyni deyil. Hər bir ölkədə Səhiyyə Nazirliyinin əsas funksiyası dövlətin səhiyyə siyasətini həyata keçirməkdir. Bu mənada Səhiyyə Nazirliyi təməl funksiyası kimi bu siyasətin uğurla həyata keçirilməsində, daha doğrusu, dövlət başçısının sərəncam və fərmanlarının, qanunverici orqanların qəbul etdiyi qanunların, Nazirlər Kabinetinin qərarları, proqramları və strategiyalarının doğru və düzgün həyata keçirilməsinə bilavasitə cavabdehdir. Eyni zamanda ölkədə tibb kadrlarının yetişdirilməsi, eləcə də fəaliyyətdə olan tibb işçilərinin müasir tibb elminin nailiyyətləri və tələbləri əsasında vaxtaşırı olaraq təkmilləşdirilməsi, tibb müəssisələrinin beynəlxalq standartlara uyğunlaşdırılması da Səhiyyə Nazirliyinin ən əsas vəzifələrindəndir.

Bu gün hər kəsə bəlii olan ölkəmizin ucqar bölgələrində tibb kadrlarının çatışmazlığı probleminin həlli yolları da  Səhiyyə Nazirliyi tərəfindən tapılmalıdır. Səhiyyə Nazirliyi həm də nəzarətedici orqandır. Yəni dövlətin səhiyyə siyasətinin tibb müəssisələri tərəfindən həyata keçirilməsinə nəzarət edən mərkəzi icra hakimiyətidir.

TƏBİB isə icraçı qurumdur. Dünya təcrübəsi göstərir ki, icra funksiyası ilə nəzarət funksiyası bir qrumun səlahiyyətində cəmləşdikdə daha çox problem olur. TƏBİB Səhiyyə Nazirliyi tərəfindən metodik tövsiyələr, protokollar və qaydalar əsasında tibbi xidmət göstərir. Hansı ki, ölkədə bununla bağlı kifayət qədər çatışmazlıqlar mövcuddur. Mən ixtisasca həkim olaraq və uzun illər Səhiyyə komitəsinin üzvü kimi deyə bilərəm ki, bugün bütün mütərəqqi ölkələrdə tibb xidməti protokollar və normativlər əsasında işləsə də, hələ də ölkəmizin səhiyyə müəssisələrində bu sahədə boşluqlar var. Vahid reyestrlərin hazırlanması hələ başa çatmayıb. Bu ya yoxdur, ya da tam deyil. Ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl səhiyyə ocaqlarına nəzarət hələ də qənaətbəx deyil. Özəl səhiyyə ocaqlarında sertifikatsız tibb kadrları fəaliyyət göstərir.

TƏBİB-in əsas vəzifəsi dövlətimizin mövcud səhiyyə siyasəti əsasında əhaliyə yüksək tibbi xidmət göstərməkdir. Yüksək tibb xidmətinin göstərilməsinə mane olan problemləri aşkara çıxarmaq və bu problemlərin həlli üçün Səhiyyə Nazirliyinə, eləcə də müvafiq ali qurumlara müraciət etməkdir. İcraedici qurum kimi praktiki fəaliyyətdə və  qanunvericilikdə mövcud olan boşluqların vaxtında aradan qaldırılması üçün təşəbbüslər irəli sürməkdir.

İcbari Tibbi Sığorta Agentliyi ilə şəffaf və hesabstlı əməkdaşlıq yaratmaqdır. Sözsüz ki, TƏBİB  ölkədə yeni qurumdur və hər kəsin də gözləntisi çoxdur. TƏBİB tabeliyində olan tibb müəssisələrinin daha səmərəli və çevik işləməsinə bilavasitə cavabdehdir”.

M.İbrahimqızı vurğulayıb ki, ölkədə uğurlu islahatların həyata keçirildiyi bir dövrdə mətbuatda və ya ictimaiyyətdə TƏBİB-in fəaliyyətinə kölgə salmağın heç bir əsası yoxdur:

“Ümumiyyətlə, bir çox ölkələrdə tibbi xidməti həyata keçirənTƏBİB kimi qurumların müstəqil fəaliyyəti daha çox özünü doğruldur. Məntiqi olaraq da xidməti icra edən ilə, xidmətə nəzarət edən orqan bir qurumda olanda keyfiyyətdə problemlər də çox olar. Ədalət naminə etiraf etməliyik ki, bu iki qurumun fəaliyyəti sayəsində kifayət qədər uğurlar əldə edilib”.

Milli Məclisin Səhiyyə komitəsinin digər üzvü Müşfiq Məmmədli deyib ki, bu məsələlər ali icra hakimiyyəti orqanlarının prioritet mövzusudur:

“Azərbaycan Konstitusiyasına görə, ölkə rəhbəri tərəfindən islahatların hansı formada aparılması müəyyənləşib. Buna görə də, bizim buna şərh verməyimiz doğru deyil. Ümumi kontekstdə deyə bilərik ki, islahatlar gedir və dövlət orqanlarının hər birində optimallaşdırma aparılır. Bu optimallaşdırma daha çevik və effektiv idarəetməni təşkil etmək məqsədi daşıyır. Təbii ki, bütün sahələrdə - səhiyyədə, təhsildə, eləcə də yerli icra hakimiyyəti orqanlarında bu istiqamətdə müəyyən addımlar planlaşdırılır və həyata keçirilir”.

Deputat son illərə, xüsusən Qarabağ Zəfərindən sonra islahatların daha intensiv və davamlı getdiyini qeyd edib:

“Digər bütün orqanlarda - yerli icra hakimiyyəti, təhsil və səhiyyədə bu istiqamətdə addımları müşahidə edirik. Burada da lazım olduğu vaxtda ali icra hakimiyyəti orqanının rəhbərləri addımlar atır. Konkret olaraq hansı təşkilatın digəri ilə necə birləşəcəyi prosesini icra edən ali rəhbərlikdir”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar