Xəbər lenti
Köçəryan: Ağlımı o qədər itirmişdim ki, Şuşada bunu edim?

“Şuşa Azərbaycan üçün çox həssas məsələdir”.
Bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.
“Mən (prezident olarkən) heç vaxt Azərbaycan rəhbərliyi və xalqını incidəcək açıqlama verməmişəm, Şuşada inauqurasiya keçirməmişəm. Bəlkə ağlımı o qədər itirmişdim? Etmədim, çünki başa düşürdüm ki, Şuşa onlar (Azərbaycan) üçün çox əhəmiyyətlidir. Başa düşürdüm ki, bu, həssas məsələdir və ona toxunmaq lazım deyil”, - o iddia edib.
Köçəryan bildirib ki, onun etmədiklərinin hamısını Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra qısa müddətdə edib.
Xatırladaq ki, Robert Köçəryan 1990-cı illərdə Azərbaycan ərazilərinin işğal edilməsində aparıcı rol oynayıb. O, işğalla yanaşı, Azərbaycan ərazilərində törədilmiş soyqırımı, digər müharibə və insanlığa qarşı cinayətlər, eləcə də terror aktlarının iştirakçısı və müəlliflərindən biri olub. Bu səbəbdən ona qarşı Azərbaycanda cinayət işi açılıb. teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar