Sizin Reklam Burada
Xəbər lenti
09-10-2025
08-10-2025
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyat üzrə Nobel mükafatçısının adı açıqlandı

Tarix: 09-10-2025 15:17     Baxış: 326 A- / A+



2025-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı macar yazıçı Laslo Krasnahorkaiyə verilib.
Manevr.az xəbər verir ki, bu barədə İsveç Kral Elmlər Akademiyası qərar qəbul edib.
Laslo Krasnahorkai müasir macar ədəbiyyatının ən məşhur və orijinal yazıçılarından biridir.
1954-cü yanvarın 5-də Dyula şəhərində doğulub. Budapeşt Universitetində hüquq və ədəbiyyat ixtisası üzrə təhsil alıb. O, həm də ssenaristdir.

Krasnahorkai özünün uzun cümlələri, apokaliptik atmosferi və dərin fəlsəfi məzmunu ilə tanınır. Onun əsərləri çox vaxt çağdaş dünyanın xaosu, mənəvi süqutu və insanın daxili dağılması mövzularını əhatə edir.
Onun dili ağır və poetikdir, oxucudan səbir və diqqət tələb edir. Qərbdə çox vaxt “Kafka və Dostoyevskinin varisi” adlandırlır.
Ən məşhur romanı “Satantanqo” bir kəndin tənəzzülünü təsvir edir. Bu əsər əsasında rejissor Bela Tarr 1994-cü ildə 7 saatlıq film çəkib.
“Müqavimətin melanxoliyası” onun apokaliptik ruhda yazılmış fəlsəfi romanıdır.
“Müharibə və müharibə” əsəri isə bəşəriyyətin çılğınlıq və xilas axtarışına dair əsərdir.
“Seybo aşağı enirdi” — buddizmlə bağlı meditasiyavari hekayələr toplusu.
Krasnahorkai uzun illər rejissor Bela Tarr ilə əməkdaşlıq edib. Onların birlikdə yaratdığı filmlər — “Satantanqo”, “Verkmayster harmoniyaları”) və “Turin atı” dünya kinosunun şah əsərləri sayılır.
Yaradıcılığı dövründə “Man Booker International Prize”, “Best Translated Book Award” və “National Book Critics Circle Award” mükafatlarına layiq görülüb.
Krasnahorkai həm ədəbiyyatda, həm kinoda postmodern apokaliptik üslubun simvoluna çevrilib. Onun əsərləri çox vaxt ümidsizliyə baxmayaraq mənəvi dayanıqlığın axtarışı kimi şərh edilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar