Xəbər lenti
Bir həftədə təbiətə 135 minlik ziyan vuruldu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Zaqatala rayonunun inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.
Manevr.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsi və 8 Noyabr prospekti, Yasamal rayonu Şəfaət Mehdiyev küçəsi, Xəzər rayonu Qala-Pirallahı avtomobil yolunun kənarında və Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar