Sizin Reklam Burada
Xəbər lenti
10-10-2025
09-10-2025
BÜTÜN XƏBƏRLƏR

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işçi axtarır

Tarix: 10-10-2025 22:41     Baxış: 22 A- / A+
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işçi axtarır - VAKANSİYA | FED.az
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Proqramlaşdırma şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/məsləhətçisi/aparıcı məsləhətçi.

Təklif etdiyimiz imkanlar:
  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
  • Təhsil: Ali təhsil;
  • Təcrübə: Proqramlaşdırma sahəsində ən azı 1-5 il iş təcrübəsi (vəzifədən asılı olaraq);
Texniki biliklər: 
  • Kompüter Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklər;
  • C# OOP, Asp.Net MVC, .Net Framework, .Net Core texnologiyaları üzrə əsaslı bilik və təcrübə;
  • Sinxron və asinxron mesajlaşma texnologiyaları üzrə biliklər;
  • TSql, PL/Sql dilləri üzrə əsaslı bilik və təcrübə;
  • Html5, Css3, jаvascript, Ajax, Angular istifadəsi və biliyi;
  • REST və SOAP servislər üzrə biliklər;
  • Microservis arxitekturası üzrə biliklər;
  • GİT-lə işləmə təcrübəsi;
  • Səmərəli, səliqəli, sürətli, təhlükəsiz, anlaşılan və genişlənə bilən kod yazmaq bacarığı.
Şəxsi bacarıqlar: Ünsiyyət, komandada işləmə, vaxtın idarə edilməsi və problemləri həll etmə bacarıqları.
Vəzifə öhdəlikləri:
  • Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq proqram təminatı üzrə işləri müəyyən edərək inkişaf fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək;
  • Agentliyin müəyyənləşdirilmiş proseslərinin tələbləri üzrə proqram təminatının yazılmasında iştirak etmək;
  • Yeni məhsulların yaradılmasında iştirak və onların tətbiqi metodlarının seçilməsi; Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak;
  • Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanması;
  • Digər əməkdaşların sahəsi üzrə təkmilləşməsi və proqram təminatının mənimsənilməsində birbaşa iştirak;
  • Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak. 
İş şəraiti:
  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
  • İş yeri: Bakı şəhəri, Sabit Orucov 13 (Ali məhkəmənin yaxınlığı).
Seçim mərhələləri:
  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Müsahibə
Müraciət qaydası:
  • CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik! fed.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar