Sizin Reklam Burada
Xəbər lenti
09-10-2025
BÜTÜN XƏBƏRLƏR

Maşın üçün etibarnamə sistemi ləğv edilir?

Tarix: 10-10-2025 10:01     Baxış: 327 A- / A+
Maşın üçün etibarnamə sistemi ləğv edilir?Azərbaycanda avtomobilə etibarnamə sisteminə ehtiyac məsələsinə yenidən baxılmalıdır. Çünki bu gün ölkədə “car-sharing” (avtomobilin birgə istifadəsi) sistemi uğurla fəaliyyət göstərir və vətəndaşlar heç bir notarial etibarnaməyə ehtiyac qalmadan avtomobili icarəyə götürüb idarə edə bilirlər.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov avtomobilə etibarnamə sisteminin ləğvi məsələsini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda vətəndaşlar mobil tətbiq vasitəsilə, onlayn qaydada avtomobili istər bir saatlıq, istərsə də bir günlük icarəyə götürə bilir və bu zaman heç bir notarial təsdiqə ehtiyac yaranmır:
“Avtomobil icarəyə götürüldükdən sonra onu rahatlıqla idarə etmək, sonda isə istənilən yerdə saxlayıb şirkətə təhvil vermək mümkündür. Əgər bu sistem ölkədə, xüsusilə paytaxtda uğurla işləyirsə, deməli, etibarnamə mexanizminin saxlanılmasına da ehtiyac qalmayıb”.
Eldəniz Cəfərov əlavə edib ki, mövcud qaydaların əksəriyyəti hələ də keçmiş sovet hüquq sisteminə əsaslanır və bu, artıq müasir şəraitə uyğun deyil:
“Əslində, bizim “Yol hərəkəti haqqında” Qanunumuz və İnzibati Xətalar Məcəlləmiz əsasən Rusiya qanunvericiliyindən götürülmüş müddəalardan ibarətdir. Rusiyanın qanunvericiliyi isə Sovet İttifaqı hüquq sisteminin davamıdır. Bu qaydalar köhnəlib və müasir şəraitə uyğun yenilənməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar