Xəbər lenti
“Həmin sənətkarın üzünə tüpürməyim gəlir”
Opera ifaçısı Taleh Yahyayev səsləndirdiyi qalmaqallı fikirlərlə gündəmə gəlib.
Tanınmış sənətçi veriliş zamanı bayağı musiqiləri və onlara dəstək olan sənət adamlarını sərt tənqid edib.
Taleh Yahyayev bildirib ki, son illərdə efirlərdə səviyyəsiz və mənasız mahnıların çoxalması Azərbaycan mədəniyyəti üçün ciddi təhlükədir:
"Bayağı müğənnilərə dəstək olan bəzi sənətkarlar var. Mən onlara baxanda üzünə tüpürməyim gəlir. Onlar xalqın düşmənidir. Bizim mədəniyyətimizi korlayırlar. Bu cür adamlara dəstək göstərmək olmaz."
İfaçı həmçinin qeyd edib ki, sənət adamı məsuliyyət daşımalıdır və hər çıxışı ilə xalqın zövqünü formalaşdırdığını unutmamalıdır:
"Əsl sənətkarın borcu insanları maarifləndirməkdir, səviyyəni qaldırmaqdır. Amma indi bəzi sənətkarlar efirə çıxıb bayağı mahnıları tərifləyir, onları müdafiə edir. Bu, faciədir."
Yahyayevin bu çıxışı sosial mediada da geniş müzakirələrə səbəb olub. Bir çox izləyici onun fikirləri ilə razılaşaraq, sənətdə keyfiyyət və dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar