Xəbər lenti
Rəsul Quliyevin ailə üzvləri 30 ildən sonra Azərbaycana gəldi - FOTO

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin ilk sədri Rəsul Quliyevin ailə üzvləri 30 ildən sonra ilk dəfə Azərbaycana səfər edib.
Manevr.az xəbər verir ki, bu barədə Rəsul Quliyevin qızı Xanım Hənna özünün sosial şəbəkə hesabında məlumat verib.
Quliyevin ailə üzvləri səfər zamanı Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və digər dövlət xadimlərini məzarlarını ziyarət edib, Şəhidlər Xiyabanında olublar.
"30 ildən sonra ailə üzvlərimlə birlikdə vətənimiz Azərbaycana gəldik. Çox xoşbəxtəm. Bakımızı 30 ildən sonra kəşf etmək, həyata keçirilmiş quruculuq, abadlıq işləri ilə tanış olmaq, paytaxtımızı müasir və inkişaf etmiş görmək çox qürurvericidir. Deməliyəm ki, dünyanın ən məşhur paytaxt şəhərlərində olmuşuq, lakin bizim paytaxtımız təkcə təmizliyi ilə deyil, zövq və gözəlliyi ilə də onların hamısından öndədir. Başda müzəffər Ali baş komandan, Prezident İlham Əliyev olmaqla, hər kəsə dərin təşəkkürlərimizi bildiririk. Təşkil olunmuş yüksək qonaqpərvərliyə görə isə ayrıca minnətdarıq. Hər bir azərbaycanlı kimi fəxr edirik ki, biz azərbaycanlıyıq" - deyə, Xanım Hənna bildirib.
Sabiq spikerin doğmaları yaxın günlərdə Qarabağın işğaldan azad olunmuş bölgələrinə də səfər edəcəklər.
Manevr.az








Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar