Sizin Reklam Burada
Xəbər lenti
10-10-2025
BÜTÜN XƏBƏRLƏR

Gözləriniz sizə xəbərdarlıq edir - Bu əlamətlərə ciddi yanaşın

Tarix: 12-10-2025 10:07     Baxış: 419 A- / A+



Dünyada 2,2 milyard insanın gözü problemlidir və bu itkilərin ən azı 80%-i müntəzəm müayinələrlə qarşısı alınabilər. Təəssüf ki, ölkəmizdə belə, hər 10 nəfərdən 4-ü göz müayinəsini belə keçmir.
Manevr.az xəbər verir ki, hər il oktyabr ayının ikinci cümə axşamı "Dünya Görmə Günü" olaraq qeyd edilir. Bu gün çərçivəsində Dünya Səhiyyə Təşkilatı (DSÖ) və Beynəlxalq Korluğu Önleme Agentliyi (IAPB) ilə birgə, göz sağlamlığında məlumatlılıq artırmaq və qarşısı alınabilən korluqla mübarizə aparmaq məqsəd qoyulur.
Göz xəstəlikləri üzrə mütəxəssis Op. Dr. Sezer Hacıağaoğlu qeyd edir ki, dünyada hər 5 saniyədə 1 nəfər görmə itirir: "Dünyada 2,2 milyard insanın gözü problemli vəziyyətdədir. Bu problemlərin ən az 80%-i müntəzəm müayinələr və müalicə ilə qarşısı alına bilər. Təəssüf ki, bu insanların ən az 1 milyardı vaxtında diaqnoz qoyulmadığı və ya lazımi tibbi xidmətlərə çata bilmədiyi üçün müalicə olunmur."
Yaş və risk faktoru
50 yaşdan yuxarı şəxslərin 20%-ində katarakt,
15%-ində isə glokom (göz təzyiqi) riski mövcuddur.
Uşaqlarda öyrənmə çətinliyi yaşayanların 60%-ində əsas səbəb görmə problemləridir.
Hər 10 nəfərdən 4-ü isə ildə bir dəfə belə göz müayinəsi keçirmir.
Dr. Hacıağaoğlu bildirir ki, bir çox göz xəstəlikləri əlamətsiz inkişaf edir: "Xüsusilə glokom kimi xəstəliklər xəlvətcə irəliləyir və aşkar olunduqda artıq qalıcı görmə itkilərinə səbəb olur. Buna görə müntəzəm müayinələr həyati əhəmiyyət daşıyır. Ani və ya bulanıq görmə itkisi, gözdə batma, qızartı, işığa həssaslıq, güclü baş ağrısı, gecə görməsində çətinlik, oxuyarkən tez yorulma kimi əlamətləri görməzdən gəlməyin. Bu, çox zaman ciddi xəstəliyin xəbərçisi ola bilər."
Dr. Hacıağaoğlu bildirir ki, hərtərəfli göz müayinəsi ən az 30 dəqiqə davam edir. Erkən diaqnoz yalnız görməyi deyil, ümumi həyat keyfiyyətini də artırır. Müayinədə aşağıdakı testlər edilməlidir:
  • Görmə kəskinliyi testi
  • Eynək müayinəsi
  • Göz qapaqları və əzələlərinin yoxlanması
  • Göz təzyiqi ölçümü
  • Biomikroskopik müayinə
  • Göz dibinin yoxlanması
Mütəxəssislər vurğulayır ki, xüsusilə 50 yaşdan yuxarı şəxslər və görmə problemi riski olanlar müntəzəm göz müayinələrini keçirməlidir.milli.az


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar