Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda hamilə qadını döyüb uşağını itirməsinə səbəb olan ərin məhkəməsi: "Yeməyə artıq duz atdı, mən də döydüm"

Tarix: 11-10-2025 21:31     Baxış: 3103 A- / A+
Bakıda hamilə arvadını döyən ərin məhkəmə prosesi başa çatıb.

Cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.
Hadisə ötən ilin iyulunda baş verib.

Təqsirləndirilən şəxs Anar Qulamov (ad və soyad şərtidir) məhkəmədə ifadəsində bildirib ki, arvadı Nigar Qulamovanı (ad-soyad şərtidir) döyməsinə səbəb qadının yeməyə artıq duz atması olub. Məhkəmədə Nigarı vurduğunu etiraf edən Anar bildirib ki, bu, mütəmadi baş verməyib.

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Nigar Qulamova ərindən şikayətçi olmadığını, döyülməsinə, bu səbəbdən dölü itirməsinə baxmayaraq, ondan şikayətçi olmadığını, Anarı bağışladığını bildirib.

Məhkəmədə şahid qismində mama-ginekoloq da ifadə verib. O bildirib ki, tibbi göstərişlərə əsasən, Nigarın bətnində olan 18 həftəlik uşaq götürülüb. Uşağın götürülməsinə əsas - qanaxmadan ölməsi olub.

Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.4-cü maddələri ilə ittiham olunan Anar Qulamov 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

1998-ci il təvəllüdlü A.Qulamov daha öncə də məhkumluq həyatı yaşayıb. 2017-ci ildə narkotik satışına görə məsuliyyətə cəlb olunan şəxs beş il sonra azadlığa buraxılıb.

Qeyd edək ki, cütlük ötən ilin yanvarında ailə həyatı qurub. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar