Xəbər lenti
Gürcüstanda İŞİD-lə əlaqəli 3 nəfər saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzi Acarıstan bölgəsində xüsusi əməliyyat keçirib.
Bu barədə DTX-dan bildirilib.
Nəticədə üç nəfər Gürcüstan vətəndaşı saxlanılıb. İstintaq çərçivəsində əldə edilmiş sübutlar əsasında onların terror fəaliyyətləri ilə məşğul olduqları müəyyən edilib.
Saxlanılan şəxslərin "İslam dövləti” terror təşkilatının nüfuzlu liderləri ilə əlaqələrinin olduğu və onların göstərişi ilə terror məqsədləri üçün radikal-ekstremist ideologiyaya əsaslanan qruplaşma yaratdıqları müəyyənləşdirilib.
DTX-nın məlumatına əsasən, qruplaşma üzvləri İŞİD-in nüfuzlu üzvlərini qanunsuz yolla Gürcüstana gətirməyi və onların rəhbərliyi altında müəyyən plasdarm təşkil etməyi, bununla da həmfikirlərinin qanunsuz qəbulunu, yerləşdirilməsini, maddi-texniki xidmətlərin göstərilməsini, Gürcüstan ərazisindən tranzit məqsədlər üçün istifadə etməyi planlaşdırıblar.
İstintaq tədbirləri çərçivəsində terror simvolikasını əks etdirən əşyalar, partalıycı maddələr, çox sayda hərbi sursat və odlu silah, hərbi ləvazimat, mobil telefonlar və digər elektron informasiya daşıyıcıları, həmçinin müxtəlif valyutalarda külli miqdarda nağd pul və digər maddi sübutlar müsadirə olunub.
Faktla bağlı qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə etmə və saxlama, xarici terror təşkilatına qoşulma və terror fəaliyyətinə köməklik göstərmə maddələri ilə istintaq aparılır. Bu cinayət əməllərinə görə 17 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar