Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Səfər Əbiyevdən xəbər var

Tarix: 15-10-2025 22:36     Baxış: 320 A- / A+
sefer ebiyev 900x621 1Vəzifədən azad olunduqdan sonra ictimaiyyət arasında görünməyən, mətbuatla əlaqə saxlamayan keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyevdən yeni xəbər var.

O, bir neçə gün əvvəl vəfat edən general-mayor Rasim Əliyevin yas mərasiminə qatılıb.

Bakıdakı Heydər məscidində keçirilən mərasimdə S.Əbiyevin dövründə Müdafiə Nazirliyində yüksək vəzifə tutan zabitlər, o cümlədən müdafiə nazirinin sabiq müavini, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun keçmiş komandanı, general-polkovnik Kərəm Mustafayev (S.Əbiyevin dövründə korpus komandiri olub), hazırda xidmətdə olan hərbçilər də iştirak ediblər.

Onlar S.Əbiyevlə görüşüblər, hal-əhval tutublar. 75 yaşlı sabiq nazir gümrah görkəmdə olub.

Xatırladaq ki, 1950-ci il təvəllüdlü S.Əbiyev 1995-2013-cü illərdə Azərbaycanın müdafiə naziri olub. globalinfo.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar