Xəbər lenti
Ramiz Mehdiyev niyə türməyə yox, evə "göndərildi"?

Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ictimaiyyətdə bir sıra suallar yaradıb. Yəni ittiham olunan şəxs barəsində hansı hallarda ev dustaqlığı qətimkan tədbiri seçilə bilər - xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilirsə?
Manevr.az xəbər verir ki, vəkil Emil Aslanov Oxu.az-a açıqlamasında ev dustaqlığı qətimkan tədbirinin Cinayət Prosessual Məcəllənin 163-cü maddəsində qeyd edildiyini bildirib.
"Ev dustaqlığı həbsə alternativ olan bir cəza növüdür. Yəni şəxsi həbsdə saxlamadan, cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilən azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Təbii ki, müttəhimin şəxsiyyəti, sağlamlığı, yaşı və cinayətdə rolu nəzərə alınaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilə bilər.
İttiham olunan şəxsin cinayət tərkibi istintaq dövründə tam sübuta yetirilərsə, məhkəməyə veriləcək, məhkəmə də ona 12 ildən 20 ilə və ya ömürlük cəza tətbiq edə bilər", - deyə vəkil vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar