Norveçin tanınmış yazıçısı Roy Yakobsen 70 yaşında dünyasını dəyişib.
Manevr.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Gar Stere sosial media hesabında paylaşım edib.
Baş nazir Yakobsenin vəfatı ilə bağlı Norveç mediasına verdiyi açıqlamada deyib ki, Roy Yakobsen Norveç ədəbiyyatının ən böyük hekayəçilərindən biri idi: “Onun kitablarında biz sahili, fəhlə sinfini, müharibəni – amma hər şeydən əvvəl insanı görürük”.
Qeyd edək ki, Roy Yakobsen 1982-ci ildə ədəbi fəaliyyətə başlayıb və indiyədək onun 25-dən çox kitabı nəşr olunub. Yazıçının əsərləri 40-dan çox dilə tərcümə edilib. Onun ən tanınmış əsərləri arasında “Ləyaqətsizlər”, “Ağ dəniz” və “Görünməzlər” romanları yer alır.
Yazıçı 1994-cü ildə “Fəth edənlər” romanına görə İvar Lo mükafatına layiq görülüb. 2017-ci ildə isə “Görünməzlər” romanı ilə Beynəlxalq "Buker" mükafatına namizəd olub.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar