Xəbər lenti
Ədəbiyyat insana, dünyaya başqa bir tərəfdən baxmaq imkanı yaradır

Bu hikmətli sözlərin içində dərin bir həqiqət gizlənmişdir.
Çünki ədəbiyyatın əbədi yaşarlığı, daim yenilənib durması, mənəvi təravəti və bədii rəngarəngliyi məhz gənclərin qəlbindən püskürən sonsuz heyrət, qeyrət və şücaət, arzu və iztirablarla sıx bağlıdır.
Gənc nəsil yaradıcıları ədəbiyyata özünün saf nəfəsi, təmiz duyğuları, işıqlı baxışları ilə daxil olur.
Ona görə də onlar ədəbiyyata yeni ruh, yeni avaz, gözlənilməz tapıntılar və səmimiyyət bəxş edirlər.
Ədəbiyyat isə onların sayəsində təkcə canlanmır, həm də hər nəslin qəlbini yenidən oyadan güclü bir enerji mənbəyinə çevrilir.
Bugünkü həmsöhbətimiz də elə bu cür gənc nəsil nümayəndələrindən biridir – gənclik nəfəsi, istedadın özünəməxsusluğu və bədii axtarışların ruhu ilə ədəbiyyat meydanına cəsarətlə addım atan yazıçı, şair və dramaturq, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Elçin MƏHƏRRƏM.
– Elçin bəy, sizin daxili aləminizdəki ən sirli xəyallar və ya hisslər hansılardır və onlar sizin yaradıcılığınıza necə yol açır?
— Amerikalı teatr tənqidçisi, dramaturq Erik Bentli deyir ki : "Ağrı və fantaziyanın ərintisindən sənət doğur". Ağrını hiss etməsən yaza bilməzsən.
Yazarsan, ancaq yazdıqların quru, banal alınar. Məncə hər bir müəllif öz sirrini oxucusuyla bölüşməlidir. Amma oxucunun bunu bilib, bilmədiyi artıq sual altındadır. Sizin təbirinizcə desək, mən də daxilimdəki bəzi "sirli hissləri" oxucularla bölüşürəm. Müəllif dünyanın sirrini açmaq üçün mütləq öz sirrini dünyaya bağışlamalıdır.
– Sizcə, ədəbiyyat insan ruhunu hansı şəkildə dəyişir: hisslər vasitəsiləmi, yoxsa təfəkkür yolu iləmi?
— Ədəbiyyat insana, dünyaya başqa bir tərəfdən baxmaq imkanı yaradır. Belə olan halda dərk etmə diapazonu genişlənir, aydınlanır, kamilləşir. İnsan hisslər və təfəkkürdən ibarətdirsə gərək mətndə də bunlar hamsı öz yerini tapsın. Obrazlar hər ikisi ilə də bütünləşsinlər. Qulaqcıq var, ancaq qoşmaq üçün personal kompüter yoxdur. Yaxud kompüter var, ancaq qulaqcıq yoxdur ki, sən heç kimə mane olmadan nəsə dinləyəsən.
– İnsan ruhunun daxili mübarizəsi və xarici aləmlə vəhdəti sizin həyatınızda necə əks olunur?
— Ruh( yəni insan) xaricə aləmlə ( təbiət və cəmiyyət) barışa bilməyəndə mübarizə başlayır. Təbiətlə barışmaq olar, birləşmək olar ən düzgünü də budur. Şərq təbiətlə barışmağı diktə edir. Amma cəmiyyət üçün bunu deyə bilmərəm. Cəmiyyətlə vəhdət yaratmaq təhlükəli ola bilər. Çünki Nitşe demiş, orada həm peyğəmbərlər həm də oğrular var. Mənə görə insan ilk növbədə özünü təmizləməlidir. Özü duş qəbul etməyən insan başqasının qoxusuna irad tuta bilməz.
– İnsan təbiətində sizi ən çox heyrətləndirən xüsusiyyətlər hansılardır?
— Bir dəfə bir qız mən öz həyatını danışdı. Həmin bu qıza atası və əmisi ayrı-ayrı vaxtlarda təcavüz etmişdilər.O öz əmisinə nifrət edirdi, görməyə gözü yox idi. Ancaq atası barədə bunu demək olmazdı. Mən ondan atana da nifrət edirsənmi deyə soruşduqda, o yox cavabını verdi. Səbəbini soruşdum. Mənə dedi ki, atam mənim oxumağım üçün pul xərcləyir, əziyyət çəkir. Mən ona nifrət edə bilmərəm.
İnsan təbiəti labirintlər, dar küçələr, hörümçək torları, zibil yeşiklərindən ibarətdir.

— Öncə yaxşı müşahidə etməlisən. Müşahidədən əmin olandan sonra cəsarətli addım atıb ( ta o mətn səni qane edənə qədər) sona kimi hadisələri yazıb bitirməlisən. Uşağın yəni mətnin universitetə daxil olduğunu görəndən sonra rahat nəfəs dəfə bilərsən.
– Gənc nəslin yaradıcılıq təfəkkürü və mənəvi dəyərlərlə ilhamlanması üçün hansı yolları görürsünüz?
— Hər kəs öz "ilham pərisini" özü tapmalıdır. Bu da axtarış, üsyan, məyusluq, yenidən axtarış, tələb edir. Bunun öncədən yazılmış düsturu, çəkilmiş xəritəsi zənnimcə yoxdur .
– Hekayə, pyes və ya şeir vasitəsilə insan ruhundakı qeyri-müəyyənlikləri necə zəngin və rəngarəng şəkildə ifadə edirsiniz?
— Məsələn mənim müşahidəmə görə "X" insan ruhundakı qeyri-müəyyənliyi təmsil edir. Mən onu dərk edib, oxucuya çatdırmaq üçün çalışıram. Bu quşun, balaları rahat qəbul etsin deyə qidanı ona uyğun şəklə-maye, yumşaq hala çevirməsi, dimdiyinə tökməsi prosesinə bənzəyir. Bunun nə qədər rəngarəng olduğunu oxucu özü qiymətləndirir. Birdə indiki oxucular üçün qeyri-müəyyən deyilən şeylər olduqca azdır. Onlar müharibəyə hazırlaşırmış kimi ballistik raketlərlə, radarlardan yayınan dronlarla, istiliyi hiss edən minalarla silahlanıb öz "sevimli müəlliflərini" gözləyirlər.
– Çexov deyirdi ki, “həyatda hər şey sadə və qəribədir.” Sizcə, bugünkü dramaturgiya həyatı sadəlikdəmi təsvir etməlidir, yoxsa qəribə rəmzlərdəmi?
— Həyatı çətinləşdirən, konflikt zonaları yaradan insanların etdikləri seçimlərdir. Dramaturgiyada konflikti daha yadda qalan, təsirli etmək üçün rəmzlərdən sadə formada istifadə etmək olar. Mənə görə İsa çarmıxda olanda daha gözəldi. Çarmıx (rəmz) yoxdursa, İsa da yoxdur.
– Dünya dramaturgiyasında sizin üçün ən yaxın ruhdaşı kimdir: absurd teatr yaradıcıları, yoxsa psixoloji dramaturqlar?
— Absurd deyəndə A.Kamyu, S.Bekket ; ekzistensial -J.P.Sartr ; psixoloji dram - H.İbsen.
– Gənc yazıçı, dramaturq olaraq ən böyük qorxunuz nədir: tamaşaçının biganəliyimi, əsərin unudulmasımı, ya bəlkə başqa bir şey?...
— Bunların heç biri ən böyük qorxum deyil. Yəni bu gün üçün deyil. Bəlkə sabah ən böyük qorxum əsərlərimin unudulması olacaq? Nə bilmək olar.
Səhv etmirəmsə Nəcib Məhfuzun "Bildirçin və payız" romanında belə bir fikir keçir. "Həyat hər şeyin əksini sübut edəcək qədər uzundur."
İndi ən böyük qorxum beynimdəkiləri vaxtında vərəqə tökə bilməməkdir.
Birdə sevimli qeyd dəftərimin nə vaxtsa itəcəyindən qorxuram.

Söhbətləşdi:
Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar