Sizin Reklam Burada
Xəbər lenti
17-10-2025
BÜTÜN XƏBƏRLƏR

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər - Faktlar

Tarix: 18-10-2025 15:31     Baxış: 330 A- / A+


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vətənə xəyanət və dövlət çevrilişi ittihamı ilə həbs edilməsi Azərbaycanda və ölkə hüdudlarından kənarda böyük əks-səda doğurdu.
Manevr.az xəbər verir ki, bu barədə lent.az-ın yaydığı məqalədə bildirilib.
Qeyd edilib ki, uzun müddət hakimiyyətdə təmsil olunan, lakin işdən çıxarılan kimi hakimiyyətə və dövlətə qarşı gizli planlar quran bu adamın əməlləri Azərbaycan xalqına bir o qədər də təəccüblü gəlmədi:
"Çünki Ramiz Mehdiyev vəzifədə olduğu dövrlərdə intriqalarla dolu bir karyera həyatı yaşamışdı. Karyera yüksəlişini isə köləsi olduğu Rusiya imperiyasının maraqlarına xidmət etməkdə görürdü.
Ramiz Mehdiyevin xəyanəti
Ramiz Mehdiyev Rusiyanın köləsi olduğunu sonuncu həmləsi ilə bir daha isbatlamış oldu.
Belə ki, o, Azərbaycanla Rusiya arasında yaranmış gərginlikdən öz maraqları üçün istifadə etmək qərarına gəldi və dərhal köhnə dostları vasitəsilə Rusiyaya dövlət çevrilişi planının hazır olduğunu mesajını çatdırdı.
Ramiz Mehdiyevin şəbəkəsində kimlərin olması barədə rəsmi məlumat hələlik açıqlanmasa da, bu dəstənin kifayət qədər geniş olduğunu deyə bilərik.
Belə ki, Ramiz Mehdiyevin həbsindən bir müddət əvvəl SOCAR-ın investisiya departamentinin sabiq rəis müavini Adnan Əhmədzadə də vətənə xəyanət və iqtisadi cinayətlər ittihamı ilə həbs edilmişdi.
Adnan Əhmədzadənin xəyanəti
Məlumatlara görə, Adnan Əhmədzadə Bakı-Ceyhan kəməri ilə İtaliya və Rumıniyaya daşınan “Azəri Layt" neftinə rus neftini qataraq satırmış.
Adnan Əhmədzadə uzun müddət SOCAR daxilində rus neftinin saxta sertifikatlarla Avropaya daşınmasına kömək edən şirkətlər şəbəkəsi yaradıb. Bununla da o, vətəninə xəyanət edərək Rusiyanın maraqlarına xidmət edib.
Ramiz Mehdiyevlə Adnan Əhmədzadə bir məqsədə xidmət ediblər
Analiz etdikdə Ramiz Mehdiyevin həbsi ilə Adnan Əhmədzadə işi arasında ortaq nöqtə görünür.
Birincisi, hər iki şəxs dövlətə xəyanətdə ittiham olunur;
İkincisi, hər iki şəxs Azərbaycanın dövlət maraqlarını eyni yerə - yəni, Rusiyaya satıblar;
Üçüncüsü, biri dövlətə siyasi xəyanət edib, digəri iqtisadi xəyanət;
Dördüncüsü, hər iki şəxsin əməllərində dövlət çevrilişi cəhdləri var - iqtisadi diversiya və siyasi diversiya.
Bu iki qrup bir-birindən kənar fəaliyyət göstərsə də, yekunda bir məqsədə xidmət ediblər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar