Sizin Reklam Burada
Xəbər lenti
17-10-2025
BÜTÜN XƏBƏRLƏR

Elza Ermənistanda konsert verəcək: Məşhur şeirlərimi səsləndirəcəyəm

Tarix: 18-10-2025 15:36     Baxış: 323 A- / A+
Elza Ermənistanda konsert verəcək: Məşhur şeirlərimi səsləndirəcəyəmAzərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar fonunda regionda yeni reallıqlar formalaşır. İki ölkə arasında diplomatik təmasların və qarşılıqlı səfərlərin artması humanitar və mədəni müstəviyə keçid üçün zəmin yaradır.

Bir çoxları düşünür ki, mədəni mübadilə, ortaq layihələrin təşkili və sənət adamlarının bir-birinin auditoriyası qarşısında çıxış etməsi gələcəkdə qarşılıqlı anlaşma və etimadın bərpasına töhfə verə bilər. 

Azərbaycanlı sənət adamlarının Ermənistan auditoriyası qarşısında çıxış etməyə münasibəti birmənalı deyil.

Manevr.az-ın xəbərinə görə, modern.az-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan bildirib ki, artıq bir müddətdir bu barədə düşünür.
“Yaxın gələcəkdə Ermənistanın mərkəzi meydanında "Qarabağ Azərbaycandır!" -adlı solo konsertimə hazırlaşıram. Əlbəttə ki, o konsertdə məşhur ,sevilən şeirlərimi də, səsləndirəcəyəm”.
E. Seyidcahan xüsusi ilə "Əşyalarım”, “Tikim” və “Sapım” şeirlərini konsertində ermənilər üçün də deyəcək. 
1470593
Müğənni Nura Suri isə Elza Seyidcahandan fərqli olaraq vurğulayıb ki, Ermənistanda gənc nəsil üçün konsert vermək haqqında düşünmək daha rahat olacaq:

“Bunu gələcək göstərəcək. Gənc ifaçılara Ermənistanda konsert vermək çətin olmaz. Amma mənim anam Qarabağ müharibəsində döyüşdə yaralanıb, ikinci qrup əlildir. Valideynlərimin hər ikisi vətən uğrunda döyüşən insanlar olub. Tanıdığım sənətçilər var ki, şəhid övladlarıdır. Elə Mehin Hümbətovanı götürək. Düşünürəm ki, biz hələ Ermənistanda konsert verməyə hazır deyilik. Bunu daha gənc nəsil gələcəkdə edə bilər”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar