Sizin Reklam Burada
Xəbər lenti
18-10-2025
17-10-2025
BÜTÜN XƏBƏRLƏR

Zahid Oruc ittihamlara cavab verdi: Heç kimi “ata”lıqda görməmişik

Tarix: 18-10-2025 23:21     Baxış: 327 A- / A+
Zahid Oruc ittihamlara cavab verdi: Heç kimi “ata”lıqda görməmişik

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc barəsində yazılanlara münasibət bildirib.


Bu barədə o, sosial media hesabında paylaşım edib Komitə sədri barəsində yayılan iddiaları "böhtan" adlandırıb:

"36 ildir həyatda olmayan atamın adını da qarışdırıb 25 ildir sədaqətlə və şərəflə gəldiyimiz yola-Ulu öndər Heydər Əliyev və qalib lider İlham Əliyev kursuna, ideallarına xidmətə böhtan və şər yaxılması bizi dövlətimizə, xalqımıza, nəhayət, Qələbəmizə dönmədən, usanmadan, son nəfəsimizədək xidmətdən geri çəkindirə bilməz. 
1993-cü ildən bu günədək bir əqidədə olmuşuq-fərqindəyik, çoxları ondan narahat olublar. Üstəlik, bəzən, qələm fəhləliyimizi də çoxları hansısa maraqlarına təhlükə sayıblar. Lakin indi Ramiz Mehdiyevin ağır dövləti cinayətləri və ondan bəhs edən məqalədə üstümüzə atılan böhtanı görəndə susa bilmərik.

Kimliyindən asılı olmayaraq, hakimiyyət çevrilişinə cəhd və dövlətə xəyanət ən sərt cəzaya layiqdir. Lakin hər kəs əməlinə özü cavab verməlidir və verəcək. Dövlətə və cənab Prezidentə xəyanət bağışlana bilməz. Ona görə də iki gün əvvəl söylədik: xəyanətin siyasi mənsubiyyəti və yaşı olmur. Xüsusilə xarici kəşfiyyatla əlaqəli baş verən bir qəsdin bəraəti yoxdur.

Lakin 2003-cü ildə dövlətə qarşı daş atanlar indi o silahları sədaqət və ləyaqətlə Dövlətə xidmət edən Zahid Orucun adını ləkələmək üçün atırlar.Bilin və agah olun-alnım o qədər açıqdır ki, heç bir gizli layihədə, görüşdə, xarici kəşfiyyat mərkəzləri ilə əlaqədə, yaxud dövlətimizin əleyhinə planda iştirakımız olmayıb, kimisə “ata”lıqda görməmişik, heç bir şəxsin kölgəsinə sığınıb klan, tayfa, qrup və ya siyasi birlikdə iştirak etməmişik, nəhayət, kiməsə saxta obraz düzəldib onun xəstə planlarına xidmət etməmişik. Heç vaxt ola bilməz…Qanımız və canımızla hamını əmin edirik.

Dövlətimizin etimad göstərdiyi sahələrdə fəhlə kimi çalışmışıq: gecə-gündüz, yalnız bir amalla yorulmadan işləmişik.

Bir siyasi əqidədə yol gələrkən, hər zaman möhtərəm cənab Prezidentdən yüksək ehtiram görmüşük. Yüksək ideallarla xidmət üçün bundan böyük dayağımız olmayıb.

Qoy kər kəs bilsin - zərrə qədər şübhəsi ola varsa da inansın - mən Zahid Oruc, o böhtanlara əsas verəcək bircə əməlin sahibi deyiləm. 

Tam əksinə, bir beyin mərkəzinin təmsilçisi və siyasət adamının görə biləcəyi nə varsa, onu etmişik - Prezidentə və Dövlətə ləyaqətlə xidmət.
Əmin edirik-bizi böhtan və şərlə Rəhbərin gözdən sala bilməyəcəklər". modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar