Xəbər lenti
Hamilə arvadını öldürüb körpəsini çıxartdı - Ölkəni sarsıdan cinayətdə ÖLÜM HÖKMÜ

22 yaşlı Mühəmməd Fakrul Ayman Səcalı 2023-cü ilin may ayında arvadı, 18 yaşlı Nur Anisah Əbdül Vəhabı qətlə yetirdiyini etiraf edib.
Cinayət xüsusi qəddarlıqla törədilib. Səcalı küçədə qızı gördükdə başına dəyənəklə zərbə endirib, sonra onu kanalizasiya kollektoruna sürüyüb aparıb. Orada onu öldürüb və daha sonra 18 həftəlik dölü qadının bətnindən çıxarıb. Cinayətin izlərini gizlətmək üçün meyitin üzərinə benzin tökərək yandırıb.
Müdafiə tərəfinin onun üçün həbs cəzası tələb etməsinə baxmayaraq, məhkəmə qərarında qəti olub. Vəkillər müttəhimdən emosional təsir altında hərəkət etdiyini, yəni uşağın bioloji atası olmadığını öyrəndikdən sonra hadisəni törətdiyini bildiriblər. Bu fakt sonradan DNT ekspertizası ilə də təsdiqlənib.
Lakin hakim Səcalının hərəkətlərini əvvəlcədən planlaşdırılmış, qəzəbli və sadist davranış kimi qiymətləndirərək, belə qəddarlığı heç nə ilə əsaslandıra bilməyəcəyini qeyd edib. Nəticədə qanunla nəzərdə tutulan ən ağır cəza ölüm hökmü elan edilib. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar