Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Hamilə arvadını öldürüb körpəsini çıxartdı - Ölkəni sarsıdan cinayətdə ÖLÜM HÖKMÜ

Tarix: 19-10-2025 22:47     Baxış: 3156 A- / A+
Hamilə arvadını öldürüb körpəsini çıxartdı - Ölkəni sarsıdan cinayətdə ÖLÜM HÖKMÜMalayziyada ictimaiyyəti sarsıdan cinayət işi üzrə yekun hökm elan edilib. Selanor sultanlığından olan gənc şəxs xüsusilə amansız cinayət törətdiyinə görə ölüm cəzasına məhkum edilib.

22 yaşlı Mühəmməd Fakrul Ayman Səcalı 2023-cü ilin may ayında  arvadı, 18 yaşlı Nur Anisah Əbdül Vəhabı qətlə yetirdiyini etiraf edib.

Cinayət xüsusi qəddarlıqla törədilib. Səcalı küçədə qızı gördükdə başına dəyənəklə zərbə endirib, sonra onu kanalizasiya kollektoruna sürüyüb aparıb. Orada onu öldürüb və daha sonra 18 həftəlik dölü qadının bətnindən çıxarıb. Cinayətin izlərini gizlətmək üçün meyitin üzərinə benzin tökərək yandırıb.

Müdafiə tərəfinin onun üçün həbs cəzası tələb etməsinə baxmayaraq, məhkəmə qərarında qəti olub. Vəkillər müttəhimdən emosional təsir altında hərəkət etdiyini, yəni uşağın bioloji atası olmadığını öyrəndikdən sonra hadisəni törətdiyini bildiriblər. Bu fakt sonradan DNT ekspertizası ilə də təsdiqlənib.

Lakin hakim Səcalının hərəkətlərini əvvəlcədən planlaşdırılmış, qəzəbli və sadist davranış kimi qiymətləndirərək, belə qəddarlığı heç nə ilə əsaslandıra bilməyəcəyini qeyd edib. Nəticədə qanunla nəzərdə tutulan ən ağır cəza ölüm hökmü elan edilib. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar