Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
BÜTÜN XƏBƏRLƏR

İlham Haqverdiyev kimlərdən rüşvət almaqda ittiham olunur? - TƏFƏRRÜAT

Tarix: 20-10-2025 17:40     Baxış: 422 A- / A+

Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin həbsi ilə bağlı detallar məlum olub.

Manevr.az bildirir ki, "qafqazinfo”nun əldə etdiyi məlumata görə, mayor rütbəsi ilə xidmət edən rəis rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib.

Nazirliyin istirahət evindəki korrupsiya faktı Respublika Hərbi Prokurorluğu tərəfindən müəyyən edilib. Aparılan araşdırma nəticəsində qanunauyğun tədbir görülüb. İlkin istintaqla müəyyən edilib ki, İlham Haqverdiyev vəzifəsindən sui-istifadə edərək bir neçə mülki şəxsi rüşvət qarşılığında işə düzəldib.

Belə ki, o, bir nəfəri yanğından mühafizə üzrə müfəttiş təyin etmək üçün 2500 manat, başqa bir qadını xadimə kimi işə qəbul etmək üçün isə 1500 manat alıb. Bundan əlavə, Haqverdiyevin istirahət evinin inzibati qeydiyyatçısının gecə növbəsindən gündüz növbəsinə keçirilməsi üçün 500 manat, dizelçi-elektrikin əmək müqaviləsinin uzadılması üçün isə əlavə məbləğdə rüşvət aldığı bildirilir.

Mayora qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Hazırda onun ətrafında araşdırma davam edir. İbtidai istintaq dövründə cinayət işi üzrə başqa epizodların da ortaya çıxa biləcəyi istisna edilmir.

Təqsirləndirilən şəxs özü isə ittihamla razılaşmır. O, bu gün həbs qərarından apellyasiya şikayəti verib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar