Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Gümrünün müxalif merini həbs etdirir

Tarix: 20-10-2025 23:28     Baxış: 329 A- / A+

Gümrü şəhər meriyasında gərgin vəziyyət yaranıb.

Hazırda təkcə binanın ətrafında deyil, içərisində də qarşıdurma yaşanır.

Maskalı hüquq-mühafizə orqanı əməkdaşları ilə bələdiyyə işçiləri arasında toqquşma baş verib.

Hadisə yerinə çox sayda polis qüvvəsi cəlb edilib. Gümrü sakinləri meriyanın qarşısına toplaşaraq vəziyyəti etirazla qarşılayırlar. Bir qədər əvvəl əraziyə daha iki avtobus dolu polis gətirilib.


Hüquq-mühafizə orqanları meriyanın girişini bağlayıb və binaya heç kəsi buraxmır. Toplaşan vətəndaşlar fit çalaraq “Ayıb olsun!” kimi şüarlar səsləndirirlər.


Meriyanın əməkdaşlarının verdiyi məlumata görə, şəhər meri Vardan Qukasyan hazırda binadadır və faktiki olaraq izolyasiya olunub. Onun əməkdaşları merin saxlanıla biləcəyindən ehtiyat edirlər.


Xatırladaq ki, bu gün səhər tezdən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Gümrü meriyasına gəliblər. Hazırda xüsusi təyinatlı maskalı qüvvələr binada qalmaqdadır, lakin əməkdaşlara baş verənlərin səbəbi barədə heç bir məlumat verilməyib. musavat.com 


Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar