Xəbər lenti
Əlisa Nicatı qoyaq bir kənara...- Emil Rasimoğlu yazır
Emil Rasimoğlu yazar
Mən bu NÜANSI bir neçə dəfə də fikirlərimdə bildirmişəm... Ki, BU ƏDƏBİ MÜHİT bir çox hallarda hansı mövzunu hansı müstəvidə müzakirə etmək, hansı meyarlar əsasında şərh etmək lazımdı ONU BACARMIR... HƏTTA birmənalı şəkildə kriteriyaları BİLMİR – desəm, yanılmaram!
Əzizlərim, İSTƏNİLƏN BİR ƏDƏBİ İMZANIN yazdıqlarının müzakirəsi bir ayrı müstəvidə bir ayrı meyarlarla şərh olunar(!)... şəxsiyyətinin necəliyi, şəxsi keyfiyyəti, mövqeyi İSƏ bir ayrı müstəvidə bir ayrı meyarlarla şərh olunar(!).
BİR SÖZLƏ, sənətin prinsipləri, meyarları İLƏ şəxsiyyətin prinsipləri, meyarları GƏRƏK Kİ, qarışdırılmasın... qarışdırılmamalıdır da!
GƏLİM, GÜNÜN MƏLUM MÖVZUSUNA...
Bir az emosiyaları kənara qoyub, GƏLİN GÖRƏK, Əlisa Nicat nə deyir? Deyir ki, Səməd Vurğun yaltaq şair olub. Demək, ÖNCƏ BURADAN BİR MƏSƏLƏ AYDIN OLUR Kİ; Əlisa Nicat hələ Səməd Vurğunun yazdıqlarının ədəbi mahiyyətini YOX(!), HƏMİN DÖVRDƏKİ mövqeyini, siyasi münasibətini, siyasi proseslərə baxışını MÜZAKİRƏ EDİR. Bu AMİLLƏRİ(!) ona görə xüsusən vurğulayıram ki, BU MƏQAMDA Əlisa Nicata Səməd Vurğunun yazdıqlarından yola çıxıb CAVAB VERMƏK, (hətta ədəbi məsələlərdən söz açmaq) AĞACI BIÇAQLA KƏSMƏK CƏHDİ QƏDƏR məntiqsiz anlam daşıyır.
MÖVZU ƏDƏBİ MÖVZU DEYİL!
ONA GÖRƏ DƏ öncə mövzunu dəqiq təyin edib, mahiyyəti üzrə danışmaq MÜTLƏQDİR! QAYIDIM, ƏLİSA NİCATIN DEDİYİ FİKRƏ... ƏSLİNDƏ, Əlisa Nicatın gəldiyi qənaətin kökündə dayanan səbəbi HƏR KƏS təsdiq edir, AMMA keçib, gedir... Hər kəs (hətta tarix) TƏSDİQ EDİR Kİ, Səməd Vurğun rəhbəri mədh edib. Bu danılmaz faktdır.
Təbii ki, o mədh HƏM DƏ həmin dövrdə Səməd Vurğunun müəyyən proseslərə mövqeyinin ifadəsi idi. Baxın, bu mövzuda ƏSAS MƏSƏLƏ də məhz budur. Doğrudumu?
İNDİ Əlisa Nicatı qoyaq bir kənara...
Yaxşı, gəlin görək, Səməd Vurğunun rəhbəri (Stalini) mədh etməyi müsbət haldı YOXSA mənfi hal? Mənəvi sferada o mədhin adını nə qoyaq, nədən doğur o mədh? Axı, o mədhin FONUNDA mütləqdi ki, Stalinə pərəstiş edən şəxsin mövqeyindən, münasibətindən irəli gələn bir mahiyyət, məğz dayansın. Mütləqdi ki, dayansın!
Əgər o mədh yaxşı hal olsaydı “STALİNİN EŞQİLƏ SƏN” misrası (sonradan!) dəfələrlə redaktə edilib bu günümüzə “AZADLIĞIN EŞQİLƏ SƏN” misrası kimi gəlib çıxmazdı ki...
Axı, belə olmur. Bir tərəfdə Hüseyn Cavidin taleyinə acıyırsansa, o biri tərəfdə o taleyin müəllifinə olunan rəğbəti necə müsbət qəbul edirsən? YOX ƏGƏR, müsbət qəbul etmirsənsə, BU ZAMAN o rəğbəti necə qiymətləndirib, şərh edirsən? Onu yaz, ondan danış, insan oğlu!
...VƏ MƏN YENƏ (də!) DEYİRƏM, Səməd Vurğunun Stalini mədhinin adını mahiyyət etibarı ilə nə qoyaq? Əlisa Nicat o mədhin adını nəticə etibarı ilə yaltaqlıq qoyur VƏ ona etiraz olunur. O zaman özünüz bir qənaət qoyun ortaya. Şəxsən O MƏDH o dövrdə cəsarət idimi, ədalət idimi, bəraət idimi... nə idi? Hər nə idisə onun şəxsiyyət müstəvisində (müsbət ya mənfi) bir adı olmalıdı, axı.
NƏ İDİ O MƏDH ETMƏYİN ADI, ANLAMI?
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar