Sizin Reklam Burada
Xəbər lenti
19-02-2025
18-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ən çox vergi verən 10 şirkət - SİYAHI

Tarix: 17-02-2025 13:55     Baxış: 471 A- / A+
İlk dəfə açıqlandı: Ən çox vergi verən 10 şirkət - Siyahı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb. Məlumatın açıqlanması könüllülük prinsipinə əsaslansa da, belə siyahının elan edilməsi şəffaflığın artırılması baxımından təqdirəlayiqdir və müsbət haldır. Qeyd edək ki, oxşar praktika əksər dövlətlərdə tətbiq olunur.
Manevr.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, belə siyahının açıqlanması eyni zamanda hansı şirkətlərin daha şəffaf olması və eləcə də onların ölkə iqtisadiyyatına töhfələrini müəyyənləşdirmək baxımından vacibdir:
“Əksər inkişaf etmiş ölkələrdə bu, həmçinin istehlakçıların davranışına da təsir göstərir: istehlakçılar daha şəffaf şirkətə üstünlük verir.
Dövlət Vergi Xidməti tərəfindən növbəti siyahı açıqlanan zaman ümumi yüzlük deyil, siyahıların “qeyri-neft” və “qeyri-dövlət”ə qruplaşdırılması məqsədəuyğun olardı. Vergi güzəştlərində bu anlayışlardan istifadə olunduğu üçün siyahı hazırlanan zaman həmin meyarların nəzərə alınmasına ehtiyac var.
Digər tərəfdən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Dövlət Gömrük Komitəsi (DGK) vasitəsi ilə vergi ödəyiciləri üçün də uyğun siyahıların hazırlanması məqsədəuyğun olardı. DSMF-yə ödənişlər üzrə ilk yüzlüyün açıqlanması hansı şirkətlərin sosial təminata daha çox töhfə verdiyini göstərə bilər. DGK vasitəsi ilə ödənişlərdə ilk yüzlüyün elan edilməsi isə o sahədə şəffaflığın gücləndirilməsi baxımından vacibdir. Belə siyahıların elan edilməsi vergi ödəyicilərini də daha şəffaf işləməyə stimullaşdırar və vergidən yayınma hallarını azaltmış olar”.
Qeyd edək ki, Dövlət Vergi Xidməti büdcəyə ən çox vergi verən 100 şirkətin adını elan edib. İlk 10-luqda bu şirkətlərdir:
1. Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi – 1,495,1 milyon;
2. “Tabaterra” MMC – 689,3 milyon;
3. Bp Eksploreyşn (Azərbaycan) Limited Şirkətinin Azərbaycan nümayəndəliyi – 664,3 milyon;
4. Lukoyl Oversiz Şahdəniz LTD şirkətinin Bakıdakə nümayəndəliyi – 524,6 milyon;
5. Turkiş Petroleum Oversiz Kompani LTD şirkətinin Azərbaycan nümayəndəliyi – 422,7 milyon;
6. Sauf Kokazus Payplayn Kompani Limited şirkətinin Azərbaycan Nümayəndəliyi – 292 milyon;
7. Bp Eksploreyşn (Kaspian Si) Limited şirkətinin Azərbaycan Nümayəndəliyi – 268,9 milyon;
8. Azərbaycan (Eysc) Limitid şirkətinin nümayəndəliyi – 188 milyon;
9. Kapital BANK ASC – 170,6 milyon;
10. Heydər Əliyev adına NEZ – 133 milyon.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar