Xəbər lenti
İnsult keçirən müğənni səhnəyə qayıdır

Bu günlərdə insult keçirən müğənni Nazim Pişyari (Faytonçu) səhnəyə dönür.
Manevr.az bildirir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında onun özü məlumat verib.
Müğənni bildirib ki, həkimlər ona səhnə fəaliyyətini davam etdirməyə icazə verib:
"Hamı bilir ki, mən toy şənliklərində canlı oxuyuram. Həkimlər deyir ki, el şənliklərinə gedə bilərsiniz, amma bütün toyu canlı ifa etməyə hələ icazə vermirik. Səhhətiniz tamam bərpa olunana kimi buna riayət etməniz məsləhətdir. Ona görə bir müddət həkimlərin məsləhətlərini dinləməliyəm. Bütün toyu apara bilməsəm də, ən azından 2-3 saat canlı oxumağa icazə var".
Qeyd edək ki, Nazim Pişyari yanvarın 30-da küçədə yıxılıb. Həkimlər qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən müğənniyə insult diaqnozu qoyub. Bir müddət müalicə olunan Nazim Pişyari xəstəxanadan evə buraxılıb.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar