Bəziləri hesab edir ki, uğur insanın zəhməti, istedadı və əzmkarlığı ilə bağlıdır. Digərləri isə bunun müəyyən qədər tale və astroloji təsirlərlə əlaqəli olduğunu düşünürlər. Əsrlərdir ki, astrologiya insan xarakterinə və həyat yoluna təsir edən amillərdən biri kimi qəbul olunur. Bəzi bürclərin doğuşdan lider, digərlərinin isə yaradıcı, yenilikçi və ya çalışqan olduğu deyilir.
Ən uğurlu bürcləri təqdim edirik:
Oğlaq
Oğlaq bürcü əzmkarlıq və intizamın simvoludur. Onlar kiçik uğurlarla kifayətlənməyən, daim daha yüksəyə qalxmağa çalışan insanlardır. İş həyatında məsuliyyətli olmaları, real hədəflər qoymaları və onları həyata keçirmək üçün yorulmadan çalışmaqları ilə seçilirlər. Məşhur iş adamları, siyasətçilər və akademiklər arasında oğlaqların sayı kifayət qədər çoxdur. Onların uğurunun sirri hər şeyə sistemli yanaşmaları və riskləri hesablamalarıdır.
Əkizlər
Əkizlər bürcü ağıllı, çevik düşüncəli və ünsiyyətcil insanlardır. Onların çoxşaxəli maraqları və hər şeyə sürətlə adaptasiya olmaq bacarığı var. Bu səbəbdən jurnalistika, yazıçılıq, aktyorluq, eləcə də ticarət sahəsində uğur qazanmağa meyillidirlər. Danışıq qabiliyyətləri, iti zəka və hazırcavablıqları onları sosial mühitlərdə parlaq simalara çevirir.
Şir
Şirlər özünəinamlı, cazibədar və yaradıcılıq bacarıqları ilə seçilən bürclərdən biridir. Onlar təbii lider olduqlarına görə tez-tez incəsənət, biznes və siyasət sahələrində uğur qazanırlar. Şirlər diqqət mərkəzində olmağı sevir və bu, onların karyeralarında irəliləməsinə kömək edir. Məşhur aktyorlar, musiqiçilər və rejissorlar arasında Şir bürcü altında doğulanlar üstünlük təşkil edir.
Qız
Qız bürcü insanları analitik düşüncəyə və mükəmməlliyə can atmaq xüsusiyyətinə malikdirlər. Onlar detallara diqqət yetirmək, sistemli işləmək və nizam-intizama riayət etməklə uğur qazanırlar. Həkimlər, alimlər və mühəndislər arasında qız bürcündən olanlar çoxdur. Onların güclü məntiqi və planlaşdırma qabiliyyəti, hər bir işə ciddi yanaşmaları onları uğurlu edir.
Dolça
Dolçalar qeyri-adi düşüncəyə malik olan yaradıcı və yenilikçi insanlardır. Onlar çərçivələrə sığmayan fikirləri ilə elmi və texnoloji sahələrdə inqilabi yeniliklər edə bilirlər. Dolçalar fərqliliyi ilə seçilməyi sevir və bunu bacarırlar. Bu səbəbdən mühəndislik, texnologiya və elmi araşdırmalar sahəsində ön planda olurlar.yenisabah.az
Xəbər lenti
Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar