Sizin Reklam Burada
Xəbər lenti
20-02-2025
19-02-2025
BÜTÜN XƏBƏRLƏR

Füzulinin məzarı üzərində onun Azərbaycan şairi olması öz əksini tapdı - FOTO

Tarix: 19-02-2025 13:40     Baxış: 4130 A- / A+

İraqın Kərbəla şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin məzarının sinə daşı yenilənib.
Manevr.az xəbər verir ki, yenilənmiş sinə daşında onun Azərbaycan şairi olmasına işarə edən ifadə də öz əksini tapıb.
Belə ki, şairin məzarının sinə daşında ərəbcə "Bu məzar şair Məhəmməd Füzuli Əl-Bağdadi Əl-Azərinindir" ifadəsi həkk olunub.
Səfirlikdən bildirilib ki, İraqın Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi ilə aparılmış danışıqların nəticəsi olaraq, İraqın Kərbəla şəhərində İmam Hüseyn məscidində yerləşən Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş mötəbər şairimiz Məhəmməd Füzulinin məzarının sinə daşı yenilənərək, məzarın üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın İraqdakı səfirliyi Məhəmməd Füzulinin məzarının yeni sinə daşı ilə əvəzlənməsinə dair razılıq əldə edildiyini açıqlamışdı.
Xatıladaq ki, əvvəllər sinə daşında ərəbcə "Şair Məhəmməd Füzuli Əl-Bağdadinin məzarı" ifadəsi yazılmışdı.iqtisadiyyat.az

Manevr.az 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar