Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Abşeron-Xızı Regional Maliyyə İdarəsi maliyyə nazirliyinin yoxlamasını bəhanə edib əlavələrimizi kəsir, bölünən dərs saatlarını alır

Tarix: 20-02-2025 19:59     Baxış: 381 A- / A+

Manevr.az bir qrup Sumqayıt şəhərinin orta məktəb direktorları və direktor müavinləri tərəfindən redaksiyanın elektron poçtuna ünvanladığı müraciəti təqdim edir:


"Azərbaycan Respublikasının Prezidenti Müzəffər
Ali Baş Komandan Möhtərəm İlham Əliyev Cənablarına
Surəti : Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti
Çox Hörmətli Mehriban Xanım Əliyevaya
Surəti : “Heydər Əliyev Fondu”nun vitse-prezidenti
Hörmətli Leyla Əliyevaya
Surəti : Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova
Surəti : Milli Məclisinin sədri xanım Sahibə Qafarovaya
Surəti : Maliyyə naziri cənab Sahil Babayevə
Surəti : Əmək və Əhalinin Sosial Müdafiə Naziri cənab Anar Əliyevə
Surəti : İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman
xanım Səbinə Əliyevaya
Surəti : Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
cənab Sahib Məmmədova
Surəti : Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
xanım Hicran Hüseynovaya
Surəti : Elm və Təhsil naziri cənab Emin Əmrullayevə
Surəti : Təhsil institutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən
cənab Elnur Əliyevə
Surəti : 
Təhsilin İnkişafı Fondunun İH sədri cənab Elnur Nəsirova

               Sumqayıt şəhərinin orta məktəb direktorları və direktor müavinləri tərəfindən
                                                                                                                                      

KOLLEKTİV  MÜRACİƏT

    Möhtərəm İlham Əliyev Cənabları əhalinin sosial rifahının yaxşılaşdırmasını Özünün ən başlıca vəzifəsi hesab etmişdir və istiqamətdə mühüm Fərmanlar vermişdir. Cənab Prezidentimiz hər zaman təhsil sektoruna xüsusi diqqət, qayğı göstərmişdir. AR Prezidentinin 18.08.2022-ci il tarixli 1815 No-li Fərmanının 2.1 bəndinə əsasən AR NK-nin 2024-cü il tarixli, 540 No-li Qərarı ilə Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin vahid tarif cədvəlinə əsasən 2025-ci il yanvar ayından etibarən təhsil işçilərinin əmək haqları artırılmışdır. Lakin işçilərin vəzifə maaşları Vahid Taarif Cədvəlindəki dərəcələri kimi hesablanmır. Maliyyə yeyintilərini ört-basdır etmək üçün işçilərin xüsusilə də direktor və direktor müavinlərinin vahid taarif cədvəlindəki vəzifə maaşları Abşeron-Xızı Regional Maliyyə idarəsində kəsilir. İşçilərin xüsusilə də direktor və direktor müavinlərinin hansı dərəcəyə aid olmaqlarını gizlədilir. SİMA proqramında dəqiq görünmür. İşçi hansı dərəcəyə aid olmağını bilmir, əmək haqqındakı artımı dəqiq bilmir.

 Bundan əlavə, Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında AR NK-nin 321 No-li, 20.08.2022-ci il tarixli Qərarına əsasən hər il 1 yanvar tarixinə şagird sayına görə direktorun və ditrektor müavininin vəzifə maaşına aylıq əlavələr ödənilir. https://nk.gov.az/uploads/doc/docs/old/bb8cc029c9ea2d4480ec6f1580254575.pdf Lakin bu günə kimi bizim 2025-ci ilin yanvar ayına aid əlavələrimiz ödənməyib. 2025-ci ilin yanvar ayının əlavələri bu günə kimi ödənilmir. Bundan əlavə, direktor və direktor müavinlərinə verilən dərs saatları sentyabr ayında alınacaq, sertifikasiyanın nəticələrindən sonra bu məsələyə yenidən baxılacaqdır. 

Nazirlər Kabineti Cənab Prezidentin Fərmanını rəhbər tutaraq maaşlarımızın artırılması və şagird sayından asılı olaraq maaşlarımza əlavələrin verilməsi barədə qərar imzalayır. Abşeron-Xızı Regional Maliyyə İdarəsi isə maliyyə nazirliyinin yoxlamasını bəhanə edib əlavələrimizi kəsir, bölünən dərs saatlarını alır. Yoxlama olanda işçinin maaşını kəsilməlidir?! Şagird sayına görə əmək haqlarımıza edilən əlavələrdən bizi məhrum ediliblər. Mühasibatlıq bu günə qədər də əmək haqlarımızı düzgün hesablamır. Maaşlarımızı kəsilir.Əmək haqlarımız NK-nin müəyyən etdiyi məbləğlərdən fərqlidir. Bu günə maaşlarımıza edilən əlavələrimiz ödənilməyib, artımla maaş almamışıq. Bu qədər özbaşınalıq olar ? Maliyyə nazirliyinin komissiyası I növbədə Prezident Sərəncamına, NK-nin Qərarlıarına xor baxanları, bu qanunsuzluqlara yol verənləri fəaliyyətini araşdırsın görək Prezident Sərəncamına Nazirlər Kabinetinin Qərarına niyə icra etmirlər ? Xahiş edirik haqq səsimizin Möhtərəm Prezident İlham Əliyev Cənablarına çatdırılması üçün bizə köməkliyinizi göstərəsiniz. Öncədən Sizə minnətdarıq", müraciətdə deyilir. 

Sumqayıt şəhər orta məktəblərinin çoxsaylı direktor və direktor müavinləri adından 
Tərlan Aslanov 498-85-31 






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar