Xəbər lenti
Sərhəddə atışma olub? - Sərkisyan çağırış etdi

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Göyçə vilayəti istiqamətində atəşkəsin pozulduğu və atışma səslərinin eşidildiyinə dair məlumatlar yayılıb.
Manevr.az Globalinfo.az-a istinadla xəbər verir ki, bəzi sakinlərin sosial şəbəkələrdə bu iddia ilə çıxış etdiyi və bir neçə erməni KİV-in də sözügedən paylaşımlara əsasən məlumat yaydığı bildirilir.
Vilayətin qubernatoru Karen Sərkisyan isə iddiaların həqiqətə uyğun olmadığını deyib:
“Göyçə vilayətinin sərhədləri boyunca atəşkəs rejiminin pozulması qeydə alınmayıb. Mətbuatı əsassız gərginlik yaratmamağa və reallığa uyğun gəlməyən məlumatları yaymamağa çağırıram”.
Qeyd edək ki, ötən gün “Joxovurd” qəzeti budəfəki delimitasiya və demarkasiya prosesinin sərhədə yaxın yerləşən Göyçə vilayətinin Çəmbərək (Qırmızıkənd - red.) və Sotk (Zod - red.) ərazilərindən başlayacağını yazmışdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar