Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda dövlət qurumlarının saytlarını hədəfə almış govaz.am domeni bloklandı

Tarix: 21-02-2025 12:23     Baxış: 352 A- / A+
 
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının saytlarını hədəfə almış govaz.am adlı saxta domeni bloklayıb.
Manevr.az report-a istinadən xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun Bakıda keçirdiyi “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib.
Onun sözlərinə görə, həmin saxta domen 1 ay bundan əvvəl aşkarlanıb.
İdarə rəisi həmçinin ötən gün bir sıra media qurumlarının, o cümlədən "Report" İnformasiya Agentliyinin saytına da kiberhücumların edildiyini xatırladıb.
Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov isə deyib ki, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət, dövlətimizin günü-gündən möhkəmlənməsi heç də hər kəsin sevincinə səbəb olmur: "Bütün bu uğurları gözü götürməyən qüvvələr var. Biz bunu istər dövlət, istərsə də özəl sahələrə qarşı həyata keçirilən kiberhücum tendensiyalarından da görə bilirik. Elə dünən media qurumlarının saytlarına qarşı həyata keçirilən kiberhücumlar dediklərimin bariz nümunəsi kimi özünü göstərir.
Belə hücumlar həmişə olub və olacaq. Dövlət orqanları istiqamətində olan belə hücumlar demək olar ki, tam şəkildə aradan qaldırılır. Media qurumlarına gəlincə isə hücumlar əsasən resursları kənarda yerləşdirilənlərə olur. Bu məsələlərdə bir az diqqətli olmaq lazımdır. Maarifləndirmə işləri aparılmalı, görüşlər keçirilməli, lazımi tədbirlər görülməlidir ki, belə halların qarşısını tez ala bilərik. Bəzən bizə elə gəlir ki, açıq mənbələrdə elə bir məlumat yoxdur. Ancaq xüsusi xidmət orqanları açıq mənbələrdən apardığı təhlil məlumatları ilə külli miqdarda əməliyyat məlumatları əldə edir. Belə bir sual çıxır ortaya, Əgər açıq mənbələrdə heç nə yoxdursa, niyə ora kiberhücumlar olur? Bu nöqteyi-nəzərdən indiki zamanda hər şeyə sadə baxmamalıyıq. Hər şeyə təhlükəsizlik prizmasından baxmaq lazımdır. Hər kəs fəaliyyət göstərdiyi sahədə təhlükəsizliyni təmin edilməsi imkanlarını tam tətbiq etməlidir".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar