Nəşr izah edir: Buzlaqlar əriyəndə su qütblərdən ekvatora doğru hərəkət edir. Bu mexanizmlər planetin formasına təsir edərək onu dəyişdirir. Konkret olaraq, qütblərdə planetin gövdəsinin müəyyən qədər düzləşməsi müşahidə olunur ki, bunun da nəticəsində Yerin fırlanma sürəti aşağı düşür.
Bu transformasiyaların nəticəsi ondan ibarətdir ki, son 20 ildə bir günün uzunluğu yüz il əvvəlki rəqəmlərlə müqayisədə 1,33 millisaniyə artıb”.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu, son hədd deyil. Alimlərin proqnozlarına görə, 21-ci əsrin sonunda bu rəqəm 2,62 millisaniyəyə qədər artacaq. Bu dəyişikliklər artıq bütün hesablama sistemlərinin, o cümlədən GPS naviqasiyasının işinə, həmçinin bütün Yerin iqliminə və geofiziki hadisələrə təsir göstərir.publika.az