Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Duolingo ilə İngilis dilini asan və səmərəli öyrən!” adlı layihə icra edilir - FOTOLAR

Tarix: 21-02-2025 16:10     Baxış: 391 A- / A+
       
Ağsu rayonunda “Duolingo ilə İngilis dilini asan və səmərəli öyrən!” adlı layihə icra edilir.

Manevr.az xəbər verir ki, bu barədə layihə rəhbəri, Ağsu şəhər 3 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Aynur Nemətova redaksiyamıza məlumat verib. 
Bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzr ə VIII qrant müsabiqəsi"nin fərdi kateqoriysı üzrə qalib gəlmiş “Duolingo ilə İngilis dilini asan və səmərəli öyrən!” adlı layihənin məqsədi Ağsu rayonunda şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdlərinin ingilis dili biliklərini möhkəmləndirmək, onların ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
Onun sözlərinə görə layihə çərçivəsində Ağsu şəhər 3 nömrəli tam orta məktəbində Ağsu rayonunda şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdləri üçün 3 aylıq ödənişsiz İngilis dili kursu fəaliyyət göstərir. İngilis dili kursunun təlim proqramına uyğun olaraq həm kitablarla, həmçinin də duolingo proqramı ilə müdavimlərə ingilis dilində oxumaq, yazmaq, dinləyib- anlamaq bacarıqları öyrədilməklə, "People", "Lifestyle", "Professions", "Travelling" bölmələri tədris edilir, hər 4 dərsdən bir 90 dəqiqəlik test imtahanı keçirilir, tədrisin nəticələri layihənin eksperti tərəfindən dəyərləndirilir. 
Layihə rəhbəri onu da qeyd edib ki, layihənin bağlanış tədbirində 3 aylıq kursu bitirən müdavimlərə göstərdikləri nəticələrə müvafiq olaraq diplom və sertifikatlar təqdim ediləcəkdir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar