Xəbər lenti
İlhamə Məhəmmədqızı 55 illik yubileyində “Xoşbəxtəm varlığımla, yaradıcılığımla” dedi -FOTOLAR

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin və Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə vətənin bütövlüyü uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və dövlət himni səsləndirildi.
Əməkdar artist Cəlal Məmmədov tədbiri açıq elan edərək iştirakçılara İlhamə Məhəmmədqızının media və ədəbi fəaliyyəti, yeni çapdan çıxan kitabı haqqında geniş məlumat verərək şeirlərindən səsləndirdi.

Görkəmli simalardan Prezidentin fərdi təqaüdçüsü, Əməkdar müəllim Ofelya Babayeva, kimya elmləri doktoru, professor Teymur İlyaslı, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt Poeziya klubunun direktoru İbrahim İlyaslı, “Dostlar” klubunun təsisçisi, həkim, yazıçı Hümbət Quliyev, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev, şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev, Əməkdar müəllim Zakir Əliyev, tanınmış şair və yazıçılardan Ağalar İdrisoğlu, Namiq Dəlidağlı, Qafqaz Əvəzoğlu, Lilpar Cəmşidqızı, Elbrus Qayalı, Rəna Təbəssüm, Ədalət Əroğlu və başqaları yubilyarla bağlı xatirələrindən danışdı və ürək sözlərini söyləyib uğurlar dilədilər.
Təqdimat mərasimində qeyd edildi ki, İlhamə Məhəmmədqızının indiyədək oxucuların rəğbətini qazanan “Xatırla məni”, “Dərdə açma qapını”, “Möcüzə işığında”, “Söz dünyam”, “Ömrün naxışları”, “Var olsun yaxşılar, yaxşılıqlar”, “Bəs kimə deyim”, “Zirvəyə doğru”, “Hikmət dünyası” kitablarında qələmə aldıqları mənalı ömrünün könül dünyası, qəlbinin güzgüsüdür. Həyatının 55 ili arxada qalan müəllifin “Xoşbəxtəm varlığımla, yaradıcılığımla” adlı yeni kitabının da izləyiciləri tərəfindən maraqla qarşılanacağı bildirildi.
Xanəndə Firudin Ağayev, gənc müğənnilərdən Vüsalə Məmmədova, Səbinə Əliyeva və Emil Abdullayevin ifasındakı musiqi nömrələri, rəqslər Sumqayıt şəhərində keçirilən möhtəşəm tədbirə xüsusi rövnəq verərək iştirakçılara yaddaqalan bir gün yaşatdı.
Rəna TƏBƏSSÜM,
jurnalist, yazıçı, publisist
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar