Sizin Reklam Burada
Xəbər lenti
20-02-2025
19-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ukrayna 18 trilyon dollar dəyərində yeraltı sərvətə malikdir, Amerika buna görə də... - AÇIQLAMA

Tarix: 19-02-2025 20:44     Baxış: 463 A- / A+



Sərvətlərinin bölüşdürülməsi uğrunda mübarizənin bu qədər artmasına görə Ukraynanın hansı sərvətlərə sahibi olduğunu bir çox şəxsə maraqlıdır. Araşdırmalar nəticəsində məlum oldu ki, mübarizə heç də ABŞ rəhbərinin dediyi kimi 500 milyard dollar üzərində deyil.
"Ukrayna 18 trilyon dollar dəyərində yeraltı sərvətlərə malikdir. Bu sərvətlər arasında litium, qrafit, kobalt, titan və nadir torpaqlar kimi sənaye üçün vacib minerallar yer alır. Bu ölkə titan, sirkonium, qrafit və manqan istehsalı üzrə dünya üzrə ilk 10 ölkə arasında yer alır. Onun litium ehtiyatları, təxminən 500,000 metrik tonla Avropada ilk sıralarda gəlir. Eləcə də Ukraynanın nadır torpaq metalları ehtiyatları arasında lantan, serium, neodimium və itrium kimi mühüm elementlər movcuddur ki, bunlar müxtəlif yüksək texnologiyalı sahələrdə, o cümlədən elektrik maşınları, külək turbinləri və nüvə enerjisi üçün istifadə olunur".
Milli.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, bu sərvətləri ələ keçirən və yaa bu sərvətlərdən pay qopara bilən ölkələr müdafiə sənayesi və təhlükəsizlik məsələlərində, yüksək texnologiyalar və istehsal prosslərində, elektrikli nəqliyyat və eneirji keçidində, ümumi iqtisadi inkişafda, geosiyasi rəqabətdə ciddi uğurlar və hətta liderlik mövqeyi əldə edə biləcəkdir.
"Çünki, litium və kobalt kimi minerallar, elektrikli avtomobillər və enerji saxlama texnologiyaları üçün vacibdir. Nadir torpaq metalları, yüksək texnologiyalar və külək turbinləri kimi sahələrdə istifadə olunur. Titan və digər minerallar, hərbi avadanlıqların istehsalında vacibdir. Bu sərvatlərin hasilatı və emalı iqtisadiyyatı gücləndirərək, beynəlxalq ticarətdə mühüm rol oynamağa imkan verəcəkdir.
Beləliklə, Ukraynanın sərvətlərinə nəzarət edən ölkə, qlobal diplomatik təsirini artıraraq, strateji üstünlük əldə edə bilər".milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar