Xəbər lenti
AZAL təyyarəsi ilə bağlı hesabat bu tarixdə veriləcək - Lastayev

2024-cü ilin 25 dekabrında Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarə ilə bağlı araşdırmaların son müddəti açıqlanıb.
Manevr.az xəbər verir ki, bunu Qazaxıstan nəqliyyat nazirinin müavini Talqat Lastayev deyib.
“Beynəlxalq Mülki Aviasiya Təşkilatının tövsiyə etdiyi tələb və standartlara əsasən, araşdırma 1 il davam edir. Müvafiq olaraq, yekun araşdırma hesabatı bu ilin dekabr ayına qədər tamamlanmalıdır”, - o bildirib.
Lastayev qəza ilə bağlı cinayət işi üzrə istintaqın gedişi barəsində şərh verməyib:
“Cinayət araşdırması artıq prokurorluğun səlahiyyətindədir. Bu məsələ ilə birbaşa məşğul olan istintaq-əməliyyat qrupu var”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar