Sizin Reklam Burada
Xəbər lenti
20-02-2025
19-02-2025
BÜTÜN XƏBƏRLƏR

Polşada azərbaycanlı sahibkar itkin düşdü

Tarix: 18-02-2025 20:06     Baxış: 486 A- / A+
Polşada azərbaycanlı sahibkar itkin düşdü
Azərbaycanlı iş adamı Rauf Bakıyev Polşada müəmmalı şəkildə yoxa çıxıb.

Onun əmisi oğlu Rabit Bakıyev bildirib ki, Rauf Bakıyev on gündür ki, tapılmır:

"Milliyətcə azərbaycanlıyıq, amma Gürcüstan vətəndaşıyıq. Əmioğlu Polşanın Kostrzyn şəhərində yaşayır, orada dönərxana sahibi idi. On gün əvvəl saat 20:00-da bacısı oğlunun yanına gedib, yemək yeyib, sonra evə gəlib. Daha sonra bacısı oğlu zəng edib ki, gəl, bizi də apar, lakin işi olduğunu bildirib, getməyib. Onlar da gəlib Raufu evdə tapmayıblar. Səhərə qədər gözləyiblər, nə zəng çatıb, nə də evə gəlib. Nəhayət polisə müraciət ediblər. Hələ də gözləyirik, amma bizə heç bir məlumat verilmir".

Rabit Bakıyev deyib ki, itkin düşmüş qohumu üç ildən çoxdur ki, Polşada yaşayır:

"Əvvəlcə düşündük ki, bəlkə kiminləsə ədavəti olub, ona görə başına belə bir iş gəlib. Lakin onu tanıyan hamı ilə söhbət etdik, araşdırma apardıq və aydın oldu ki, heç kimlə problemi olmayıb. Bu baxımdan, şübhələnəcəyimiz kimsə yoxdur".

Onun sözlərinə görə, Rauf Bakıyevin şəriki də olub:

"O da əslən türkiyəlidir. Onunla bağlı da heç bir problem yoxdur. Hətta özü dəfələrlə bununla bağlı polisə müraciət edib. Hazırda isə obyektə bacısı oğlu nəzarət edir. Düzdür, subay idi, amma valideynləri sağdır və çox narahatdırlar. Hər keçən gün də təbii olaraq bu narahatlıq artır".oxu.az

Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar