Alfred Nobelin vəsiyyəti əsasında baş tutan və 1901-ci ildən bəri keçirilən Nobel mükafatı kimya, fizika, fiziologiya və tibb, ədəbiyyat, iqtisadiyyat və sülh üzrə verilir.
6 nominasiyanın hər biri üzrə 3 nəfərə verilən bu mükafatın məbləği isə təxminən bir milyon dörd yüz min ABŞ dollarına bərabərdir. Hər il bir çox ölkə, o cümlədən Azərbaycan mükafatın nominasiyaları üzrə öz namizədlərini təqdim edir.
Manevr.az bildirir ki, Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov builki namizədlərlə bağlı Ölkə.Az-ın suallarını cavablandırıb.
O bildirib ki, bu il Azərbaycandan 5 nəfərin namizədliyi irəli sürülüb:
"Bu il 5 nəfər namizədimiz var. Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə sülh mükafatı üzrə namizəd göstərilib. Bundan əlavə, tibb sahəsi üzrə namizədimiz tibbi biologiya elmləri doktoru, professor Yaşar İbadov, kimya üzrə kimya elmləri doktoru Adil Qəribov, fizika üzrə isə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin professoru, fizika-riyaziyyat elmləri doktoru Sərhəddin Abdullayevdir.
B.Ələsgərov daha bir nəfərin isə ədəbiyyat üzrə namizədliyinin təqdim edildiyini bildirib:
"Bu, yeni kadrdır. Nobel nizamnaməsinə əsasən İlk dəfə namizəd göstərilən şəxsin adı açıqlanmır. Biz onun adını yalnız 3-4 ildən sonra deyə bilərik, amma hələlik gizli saxlanılır.
Adı açıqlanmasa da, onu deyə bilərik ki, fransız ədəbiyyatında Şərq mövzusu üzrə tədqiqatlar aparıb".
Xəbər lenti
Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar